Novruz bayramınız mübarək

18 May 2024

13:40

۲۵۳

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı

بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين و صلي الله علي سيدنا محمد و آله الطاهرين

Yeni ilin və Novruz bayramının yetişməsi ilə əlaqədar hədislərdən əldə etdiyimiz bir neçə məsələni siz əzizlərin hüzuruna təqdim edirik. Adətən belə bir sual müzakirə olunur ki, novruz yeni ilin gəlişini bayram edən Rafs millətlərinə və İranlılara məxsusdur, yaxud xeyr? Bu gün, hədsilərdə gələn külli novruz məfhumunun bir nümunəsi və pridmetidir?

Biz hədislərdən belə düşünürük ki, dinin, ya insaniyyətin ehya edilməsi baxımdan mühüm bir hadisənin baş verdiyi hər hansı gün, yəni onda ehya etmək cəhəti, mənəvi, ya dünyəvi hidayət olarsa, hədislərdə o günü novruz adlandırırlar. Hədislərdə yeddi-səkkiz dəfə novruz kəlməsi qeyd olunub.

1) Həzrət İbrahimin (əleyhissəlam) bütləri sındırdığı gün, novruz təbiri ilə qeydə alınıb. Hədisdə belə deyilir: 

«يوم النيروز هو اليوم الذي كسر فيه ابراهيم (ع) أصنام قومه»

“Novruz həzrət İbrahimin (əleyhissəlam) öz qövminin bütlərini sındırdığı gündür.”

2) Bir hədisdə Muəlla ibn Xuneys həzrət imam Sadiq əleyhissəlamdan nəqi edir ki, həzrət belə buyurdu: 

«إنّ يوم النيروز هو اليوم الذي أخذ فيه النبي صلي الله عليه و آله لأميرالمؤمنين(ع) العهد بغدير خم»

Qədir Xumda həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) həzrət Əmirəl-möminin (əleyhissəlam) üçün imamət və canişinlik əhdini elan etdiyi gün - «فأقروا له بالولاية فطوبي لمن ثبت عليها و الويل لمن نكثها» - (onun imamətinə iqrar etdilər; bu məsələdə sabitqədəm olanların xoş halına və əhdlərini sındıranlara vay olsun) novruz deyə, adlanıb.

3) «و هو اليوم الذي وجّه فيه رسول الله (ص) علياً إلي وادي الجن و أخذ عليهم العهود و المواثيق» - Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) həzrət Əmirəl-möminini (əleyhissəlam) cinlər tayfasından əhdü-peyman almaq üçün göndərdiyi gün novruzdur.

4) «وهو اليوم الذي ظفر فيه بأهل النهروان» - Həzrət Əlinin (əleyhissəlam) Xəvaric ilə vuruşduğu və onlara qalib gəldiyi, xüsusən onların rəisini qətlə yetirdiyi gün novruzdur.

5) Həmçinin, bəzi hədislərdə deyilir ki, “Məbəs” günü, yəni Cənab Cəbrailin həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək hüzuruna gəldiyi və müqəddəs Quranın ilkin ayələrini nazil etməklə həzrətin peyğəmbərliyinin aşkar olunması günü də novruz günlərindən biridir.

6) Sonra buyurur: «وهو اليوم الذي فيه يظهر القائم(ع)» - Novruz, o gündür ki, həzrət Məhdi (əleyhissəlam) onda zühur edəcək və həqiqi novruz elə həmin gündür. Beləliklə, belə deyə bilərik ki, novruz adlandırılan bu günlərin arasında Həzrətin zühur edəcəyi gün novruz üçün ən üstün və ən aydın bir nümunədir. Həzrət zühur edəcək: «و يظفره الله بالدجال» - Allah-taala o Həzrəti Dəccala qalib edəcəkdir.

(ardını izləyin)


Etiketlər :

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) “Novruz” bayramının yetişməsi münasibətilə bəyanatı