Təthir ayəsinin təfsiri

10 May 2024

14:23

۲۰۹

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

"TƏTHİR" AYƏSİ

اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا

"Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, Sizi pak-pakizə qərar versin."[1]

ياَ اَيُّهاَ النَّبِيُّ قُلْ لِاَزْواَجِكَ اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيوَةَ الدُّنْياَ وَ زِينَتَهَا فَتَعاَلَيْنَ اُمَتِّعْكُنَّ وَ اُسَرِّحْكُنَّ سِراَحًا جَمِيلاً

"Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya həyatı və onun zinətini istəyirsinizsə, gəlin sizə hədiyyə verib sonra təlaq verim gözəl bir təlaq ilə."[2]

وَ اِنْ كُنْتُنَّ تُرِدْنَ اللهَ وَ رَسُولَهُ وَ الدّاَرَ الْأخِرَةَ فَاِنَّ اللهَ اَعَدَّ لِلْمُحْسِناَتِ مِنْكُنَّ اَجْرًا عَظِيمًا

"Və əgər Allahı, Onun Rəsulunu və axirəti istəyirsinizsə, onda (bilin ki,) həqiqətən Allah sizlərdən olan gözəl əməl sahiblərinə böyük savab, mükafat hazırlamışdır."[3]

ياَ نِساَءَ النَّبِيِّ مَنْ يَاْتِ مِنْكُنَّ بِفاَحِشَةٍ مُبَيِّنَةٍ يُضاَعَفْ لَهَا الْعَذاَبُ ضِعْفَيْنِ وَ كاَنَ ذلِكَ عَلَي اللهِ يَسِيرًا

"Ey Peyğəmbərin zövcələri, sizlərdən hər kəs aşkar bir pis əməl görsə, onun əzabı iki qat aratırılacaq və bu iş Allah üçün asandır." [4]

وَ مَنْ يَقْنُتْ مِنْكُنَّ لِلّهِ وَ رَسُولِهِ وَ تَعْمَلْ صاَلِحًا نُؤْتِهاَ اَجْرَهاَ مَرَّتَيْنِ وَ اَعْتَدْناَ لَهاَ رِزْقًا كَرِيمًا

"Və sizlərdən hər kəs Allaha və Onun Rəsuluna müti olub saleh əməl شörsə, o əməllərin savabını iki qat artıq verərik və onun üçün çox dəyərli ruzi əta edərik."[5]

ياَ نِساَءَ النَّبِيِّ لَسْتُنَّ كَاَحَدٍ مِنَ النِّساَءِ اِنِ اتَّقَيْتُنَّ فَلاَ تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَ قُلْنَ قَوْلاً مَعْرُوفًا

"Ey Peyğəmbərin zövcələri! Allah qarşısında təqvalı olsanız, bu halda siz sair qadınların heç biri kimi deyilsiniz. Buna شörə də yad kişilərlə yumşaq (əzilə-əzilə) danışayın, yoxsa qəlblərində xəstəlik olanlar sizə tamah salar. Və siz də layiqli sözlər danışın!"[6] 

وَ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَ لاَ تَبَرَّجْنَ تَبَرُّجَ الْجاَهِلِيَّةِ الاُوليَ وَ اَقِمْنَ الصَّلوَةَ وَ أتِيْنَ الزَّكوَةَ وَ اَطِعْنَ اللهَ وَ رَسُولَهُ اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا

"Və öz evlərinizdə qalın, ilkin cahiliyyət dövründəki kimi (camaat arasında) zahir olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Allahın iradə və istəyi yalnız bu olmuşdur ki, Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, sizi pak-pakizə qərar versin."[7]

وَاذْكُرْنَ ماَ يُتْليَ فِي بُيُوتِكُنَّ مِنْ أياَتِ اللهِ وَ الْحِكْمَةِ اِنَّ اللهَ كاَنَ لَطِيفًا خَبِيرًا

"Sizin evlərinizdə tilavət olunan Allahın ayələrini, hikməti xatırlayın. Həqiqətən Allah lütf sahibi və hər şeyə agahdır."[8]

(ardını izləyin)


[1]  "Əhzab" surəsi, ayə 33

[2]  "Əhzab" surəsi, ayə 28

[3] "Əhzab" surəsi, ayə 29

[4] "Əhzab" surəsi, ayə 30

[5] "Əhzab" surəsi, ayə 31

[6] "Əhzab" surəsi, ayə 32

[7] "Əhzab" surəsi, ayə 33

[8] "Əhzab" surəsi, ayə 34


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından