Həzrət imam Rza əleyhissəlamın təvəllüdü

26 April 2024

04:36

۲۳۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1443-cü il zil-qədə ayının 11-i, miladi 2022-ci il iyun ayının 11-i imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbulhəsən Əli ibn Musa Rza əleyhiməssəlamın təvəllüdü

Hicri qəməri 1443-cü il zil-qədə ayının 11-i, miladi 2022-ci il iyun ayının 11-i imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür. Bu xoş və sevindirici gün münasibətilə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə gözaydınlığı veririk.

Həzrət imam Rza  əleyhissəlamın dürəfşan kəlamlarından

لا يَتِمُّ عَقْلُ امْرِء مُسْلِم حَتّى تَكُونَ فيهِ عَشْرُ خِصال: أَلْخَيْرُ مِنْهُ مَأمُولٌ. وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ. يَسْتَكْثِرُ قَليلَ الْخَيْرِ مِنْ غَيْرِهِ، وَ يَسْتَقِلُّ كَثيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ. لا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوائِجِ إِلَيْهِ، وَ لا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ. أَلْفَقْرُ فِى اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنى. وَ الذُّلُّ فىِ اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فى عَدُوِّهِ. وَ الْخُمُولُ أَشْهى إِلَيْهِ مِنَ الشُّهْرَةِ.

ثُمَّ قَالَ عَلَيْهِ اَلسَّلاَمُ اَلْعَاشِرَةُ وَ مَا اَلْعَاشِرَةُ قِيلَ لَهُ مَا هِيَ قَالَ عَلَيْهِ اَلسَّلاَمُ لاَ يَرَى أَحَداً إِلاَّ قَالَ هُوَ خَيْرٌ مِنِّي وَ أَتْقَى إِنَّمَا اَلنَّاسُ رَجُلاَنِ رَجُلٌ خَيْرٌ مِنْهُ وَ أَتْقَى وَ رَجُلٌ شَرٌّ مِنْهُ وَ أَدْنَى فَإِذَا لَقِيَ اَلَّذِي شَرٌّ مِنْهُ وَ أَدْنَى قَالَ لَعَلَّ خَيْرَ هَذَا بَاطِنٌ وَ هُوَ خَيْرٌ لَهُ وَ خَيْرِي ظَاهِرٌ وَ هُوَ شَرٌّ لِي وَ إِذَا رَأَى اَلَّذِي هُوَ خَيْرٌ مِنْهُ وَ أَتْقَى تَوَاضَعَ لَهُ لِيَلْحَقَ بِهِ فَإِذَا فَعَلَ ذَلِكَ فَقَدْ عَلاَ مَجْدُهُ وَ طَابَ خَيْرُهُ وَ حَسُنَ ذِكْرُهُ وَ سَادَ أَهْلَ زَمَانِهِ .

Həzrət Rza əleyhissəlam buyurur:

Hər bir müsəlmanı yalnız aşağıdakı on xislət və xüsusiyyətə malik olduqdan sonra ağıl və kamal sahibi adlandırmaq doğrudur:

1-Onun xeyir əməlinə ümid edəsən;

2-Pis əməlindən amanda qalasan;

3-Digərinin yaxşı əməlini, hərçənd az da olsa, çox saysın;

4-Öz xeyir əməlini çox olsa belə, az saysın;

5-Ondan çox hacət istədikdə, sıxıntı və narahatlıq keçirməsin;

6-Həyatı boyu elm kəsb etməkdən yorulmasın;

7-Allah yolunda fəqirlik və kasıblığı üstün tutsun;

8-Allaha xatir zəlil olmağı, düşmən qarşısında əziz və qalib olmaqdan uca sansın;

9-Adının və ehtiramının gizli qalmasını gözə görsənib dilə düşməkdən üstün tutsun;

Sonra Həzrət buyurdu: Amma onuncu xüsusiyyət, çox mühümdür:

10-Heç bir şəxsi özündən aşağı və kiçik sanmasın və hamını üstün tanısın. Çünki insanlar iki qrupdur: bir qrup insan ondan üstün və təqvalıdır, bir qrup isə ondan aşağıdır. Əgər özündən aşağı bir insanla qarşılaşsa, özülüyündə belə fikir etsin ki, ola bilsin bu insanın yaxşı xüsusiyyətləri gizlidir və bu onun məsləhətinə uyğundur, amma mənim yaxşııqlarım aşkardır və bu mənim üçün heç də münasib deyil. Həmçinin, əgər özündən yüksək və layiqli bir şəxsi görsə, onun qarşısında təvazökar olsun ki, onun məqamına çatsın. İnsan belə xüsusiyyətə malik olsa, daha da böyüyər və hörmətə çatar. Etdiyi yaxşılıqlar ürəyə yatar, şöhrət tapar və dövrünün böyük insanlarından sayılar...

---------------------------

Mənbə: Tuhəful-uqul, səh. 443


Etiketlər :

Həzrət Əbulhəsən Əli ibn Musa Rza əleyhiməssəlamın təvəllüdü