İslamın ən böyük və təntənəli bayramından biri

26 April 2024

05:02

۱۹۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il rəbiul-əvvəl ayının 17-si, miladi 2022-ci il oktyabr ayının 14-ü Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İslamın ən böyük və təntənəli bayramından biri

Hicri-qəməri 1444-cü il rəbiul-əvvəl ayının 17-si, miladi 2022-ci il oktyabr ayının 14-ü Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir. Bu böyük və təntənəli günü həzrət İmam Məhdi Sahib əz-zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir, bütün mömin bacı və qardaşlar üçün dünya və axirətdə səadət arzulayırıq.

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) fəzilətləri həzrət imam Sadiq əleyhissəlamın dilindən belə qeydə alınıb:

عَنِ الْحُسَيْنِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ عليه السلام

كَانَ رَسُولُ اللَّهِ (صلی الله عليه و آله)‏ سَيِّدَ وُلْدِ آدَمَ؟

فَقَالَ، كَانَ وَ اللَّهِ سَيِّدَ مَنْ خَلَقَ اللَّهُ وَ مَا بَرَأَ اللَّهُ بَرِيَّةً خَيْراً مِنْ مُحَمَّدٍ (صلی الله عليه و آله)

Ravi həzrət imam Sadiq əleyhissəlamdan belə sual edir: “Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) Adəm övladının ağasıdırmı?” Yəni Peyğəmbər Əkrəm Adəm peyğəmbərin nəslindən olan insanların ən uca və yüksək məqama sahib olanıdırmı?

İmam Sadiq əleyhissəlam cavabında buyurur: “And olsun Allaha, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Allah-təalanın xəlq etdiyi məxluqatın ən yüksəyidir və Allah həzrət Muhəmməddən (sallallahu əleyhi və alih) xeyirli və faydalı bir xəlq yaratmamışdır.”[1]



[1] Əl-Kafi”, 1-ci cild, mulidun-Nəbi (s), hədis-1


Etiketlər :

İslamın ən böyük və təntənəli bayramından biri