Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

03 May 2024

05:14

۱۶۲

Xəbərin xülasəsi :
Hicri 1444-cü il zil-hiccə ayının 7-si, miladi 2023-cü il iyun ayının 26-ı imamət və vilayət səmasının 5-ci parlaq ulduzu həzrət imam Muhəmməd-Baqir əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

Hicri 1444-cü il zil-hiccə ayının 7-si, miladi 2023-cü il iyun ayının 26-ı imamət və vilayət səmasının 5-ci parlaq ulduzu həzrət imam Muhəmməd-Baqir əleyhissəlamın şəhadət günüdür. Həzrət imam Baqir əleyhissəlam hicri 57-ci il, rəcəb ayının 1-i cümə günü (bəzi nəqillərə əsasən, səfər ayının 3-ü) müqəddəs Mədinə şəhərində anadan olmuşdur. Üç yaş yarımı olduqda cəddi imam Huseyn əleyhissəlam ilə birgə Kərbəla hadisəsinin şahidi olmuşdur. O həzrət əziz atası imam Səccad əleyhissəlamdan sonra təqribən on doqquz il şiələrə imamət və rəhbərlik etmişdir. Nəhayət, hicri 114-cü il zil-hiccə ayının 7-si 57 yaşında şəhadətə yetmişdir.[1]

Bu böyük əza və müsibət günü münasibətilə öncə ağamız həzrət imam Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün müsəlmanlara xüsusən, Əhli-Beyt əleyhimussəlamın ardıcıllarına təsəlli və başsağlığı deyir, mömin bacı-qardaşlara bu matəm gününü layiqincə qeyd etməyi diləyirik.



[1] Biharul-ənvar, cild-46, səh. 212, hədis-1; səh. 217, hədis-19


Etiketlər :

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti