Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

03 May 2024

03:17

۱۳۴

Xəbərin xülasəsi :
Hizcri-qəməri 1445-ci il rəbius-sani ayının 8-i, miladi 2023-cü il oktyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü

Hizcri-qəməri 1445-ci il rəbius-sani ayının 8-i, miladi 2023-cü il oktyabrın 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür.

Əhli-beyt əleyhimussəlamın sevinc və fərəhli günlərindən olan bu əziz gün münasibətilə ilk növbədə imam Məhdi əleyhissəlama, eləcə də bütün Əhli-beyt sevərlərinə təbrik və gözaydınlığı deyirik. Ümid edirik Allah-təala Əhli-Beyt əleyhimussəlamın ehtiramına bütün müsəlmanlara əmin-amanlıq və səadətli həyat əta etsin, Amin ya Rəbbil-aləmin!

Həzrət imam Həsən Əsgəri əleyhissəlam buyurur:

شيعَتُنا الْفِئَـةُ النّاجِيَةُ وَالْفِرْقَةُ الزّاكِيَةُ صارُوا لَنا رادِئًا وَصَوْنًا وَ عَلَي الظَّلَمَةِ أَلَبًّا وَ عَوْنًا سَيَفْجُرُ لَهُمْ يَنابيعُ الْحَيَوانِ بَعْدَ لَظْيِ مُجْتَمَعِ النِّيرانِ أَمامَ الرَّوْضَةِ

“Bizim şiələrimiz nicat tapanlar və pak firqələrdir. Onlar bizim yolumuzu qoruyanlar, zalımlar qarşısında bizə sipər və kömək olandırlar. Yanğın alovlandıqdan sonra zühurdan öncə tezliklə bəşəriyyətin nicatverici həyatının çeşmələri onlar üçün qaynayacaq.”


İltimas dua!



Etiketlər :

Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü