Həzrət Fatimei Zəhranın (əleyhəssəlam) şəhadəti

18 May 2024

09:41

۱۴۰

Xəbərin xülasəsi :
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı


آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı

Həzrət Fatimei-Zəhra (əleyhəssəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür

(ardı)

Çox təəccüblüdür, Əmirəl-möminin (əleyhissəlam) ərz edir: “قَلَّ یَا رَسُولَ اللَّهِ عَنْ صَفِیَّتِکَ صَبْرِی، وَ ضَعُفَ عَنْ سَیِّدَةِ النِّسَاءِ تَجَلُّدِی” – Artıq bu böyük müsibət qarşısında səbrim tükənir. “قَدِ اسْتُرْجِعَتِ الْوَدِیعَةُ” – Ya Rəsuləllah! Mənə tapşırdığın əmanət geri qaytarıldı. Amma ona nəzər sal, gör verdiyinlə aldığın nə qədər fərqlidir?! “وَ أُخِذَتِ الرَّهِینَةُ، وَ اخْتُلِسَتِ‏ الزَّهْرَاءُ” – Zəhra məndən nagəhan alındı. “فَمَا أَقْبَحَ‏ الْخَضْرَاءَ وَ الْغَبْرَاءَ” – Artıq göy rəngli səma və tutqun torpaq bizim üçün cansıxıcı cilvələnir. Necə də təəccüblü sözdür?! Bunlar sadə sözlər deyil, çünki Fatimə əleyhasəlamın həqiqəti bütün aləmə bağlıdır.

یَا رَسُولَ اللَّهِ! أَمَّا حُزْنِی فَسَرْمَدٌ، وَ أَمَّا لَیْلِی فَمُسَهَّدٌ، لَا یَبْرَحْ الْحُزْنُ‏ مِنْ قَلْبِی أَوْ یَخْتَارَ اللَّهُ لِی دَارَکَ الَّتِی فِیهَا أَنْتَ مُقِیمٌ” – Bu kədər və qüssə ömrümün sonuna qədər qəlbimdə qalacaq və ondan xaric olmayacaq. “کَمَدٌ مُقَیِّحٌ” – Bu qəm-qüssə necə də bir düyün kimi ürəksıxan və tutqundur. “وَ هَمٌّ مُهَیِّجٌ، سَرْعَانَ مَا فَرَّقَ بَیْنَنَا” – Necə tez bizim aramızda ayrılıq düşdü? “وَ إِلَى اللَّهِ أَشْکُو” – Mən Allaha şikayət edirəm. Bu Əmirəl-möminin əleyhissəlamın həzrət Zəhranın vəfatından sonra İlahi dərgaha etdiyi şikayətdir. Bir zaman gərək bu şikayətə baxılsın və ədalətlə qəzavət edilsin.

Ya Rəsuləllah! Qızından soruş ki, sənin ümmətin səndən sonra ona necə zülm etdi? “فَاسْتَخْبِرْهَا الْحَالَ” – Sənin rehlətindən sonra baş vermiş xəbərləri ondan soruş. “فَکَمْ مِنْ غَلِیلٍ مُعْتَلِجٍ بِصَدْرِهَا” – Əgər Zəhranın qəlbinə baxsan, ona edilən zülm və əziyyəti ürəyinindöyüntülərində görə bilərsən. Bu ifadə Kafidə, Şeyx Səduqun, Şeyx Mufidin və Şeyx Tusinin “Əmali” kitablarında qeyd olunubdur.

وَ لَوْ لَا غَلَبَةُ الْمُسْتَوْلِینَ عَلَیْنَا لَجَعَلْتُ الْمُقَامَ عِنْدَ قَبْرِکَ لِزَاماً، وَ التَّلَبُّثَ عِنْدَهُ مَعْکُوفاً” – Bəzi cahillər deyirlər ki, nə olubdur? !400 il bundan əvvəl bir nəfərə zülm olunubdur, bu dövrə nə rabitəsi vardır? Anlamırlar, cahildirlər. Əmirəl-möminin əleyhissəlam, Allah Rəsulundan (sallallahu əleyhi və alih) sonra misli olmayan bir şəxsiyyət buyurur: “Əgər Zəhra (əleyhasəlam) ilə düşmənlik səbəbinə onun qəbrinin yerini tapıb cənazəsini çıxarmaları qorxusu olmasaydı, ömrümün sonuna kimi Zəhranın qəbri kənarında oturub etikaf edərdim... Yəni müsibət bu qədər ağırdır. “وَ لَأَعْوَلْتُ إِعْوَالَ الثَّکْلَى عَلَى جَلِیلِ الرَّزِیَّةِ” – Uşağı ölmüş bir ana kimi bu müsibətin böyüklüyünə ağlardım. Necə də təəccüblü bir cümlədir. “فَبِعَیْنِ اللَّهِ تُدْفَنُ بِنْتُکَ سِرّاً، وَ یُهْتَضَمُ حَقَّهَا قَهْراً” – Allahın gözləri önündə sənin əziz qızını gizlində dəfn etməliyəm. Sənin gözlərin qarşısında onun haqqını qəsb etdilər və açıq-aşkar irsinə mane oldular. “وَ لَمْ یَطُلِ الْعَهْدُ” – Bu zülmlər sənin qızına elə bir halda edildi ki, sən dünyanı təzə dəyişmişdin və vəfatından çox az bir zaman keçmişdi.

Bir daha ərz edir: “فَإِلَى اللَّهِ یَا رَسُولَ اللَّهِ الْمُشْتَکَى” – Bu elə bir şikayətdir ki, gərək ancaq Qiyamətdə Allahın hüzurunda Allaha ərz edim. “وَ فِیکَ أَجْمَلُ الْعَزَاءِ، فَصَلَوَاتُ اللَّهِ عَلَیْهَا وَ عَلَیْکَ...[1]

Həzrət Zəhranın (əleyhasəlam) vəfatından sonra Əmirəl-möminin əleyhissəlamın buyurduğu mərsiyə budur.

Əgər bizim imamımız o Həzrətin vəfatına həmişə əzadardırsa, inanırıq ki, hazırda həzrət Hüccət (əleyhissəlam) şübhəsiz həmin haldadır və ərz edir: “İlahi anamın başına gələn müsibətlərdən Sənə şikayət edirəm.” Deməli, gərək bu əzadarlığı daha yüksək mərifətlə və mümkün qədər əzəmətlə qeyd edək. Bu müvəffəqiyyətin özü böyük İlahi inayətdir.

Həqiqətən, “Fatimiyyə” əzadarlığını ehya edən bir şəxsiyyət kimi, mərhum atamdan (Allah ondan razı olsun) bir xatirə söyləyim. Bir gün: “Siz nə üçün həmişə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirsiz?” –deyə, ondan sual etdim. Buyurdu ki, mən uşaqlıq dövründən hər çətinliyə düşəndə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirəm. Bizə də çox tövsiyə edərdi və vəsiyyətnaməsində də buyurublar ki, “Fatimiyyə”ni ehya edin, layiqli əzadarlıqla öz vəzifənizi yerinə yetirin.

Bir qrup Xorasan alimi onun görüşünə gəlmişdilər, onlara buyurdu: “Hörmətli cənablar! Mən 50 ildən artıq dərs deyirəm, kitablar yazmışam, çoxlu şagirdlərə dərs demişəm, bu Allahın tərəfindən mənə olunan bir inayətdir. Lakin Qiyamət günündə bunların heç birinə ümidvar deyiləm. Şübhəsiz, bu dediklərini dəyərdən salmaq istəmirdi, əksinə onlara ümid bağlamadığını qeyd etdi. Dedi ki, ümidim ancaq “Fatimiyyə” əzadarlığında etdiyim fəryadlaradır... Biz və övladlarımız da həmin yolu davam etdirək, şübhəsiz olduqca böyük nəticələr və müvəffəqiyyətlər əldə ediləcək.

Bu dərin mənalı hədisi də oxumaq istəyirdim, amma vaxt azdır. Buyurur: “اِنَّ اللهَ یغضِبُ لِغَضَبِ فَاطِمَة وَ یرضی لِرِضَاها[2] Yalnız bu cümləni ərz edim ki, Allahın qəzəbinə düçar olan şəxsin vəziyyəti necə olar? Allah-taala buyurur: “وَ مَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبي فَقَدْ هَوى” – Hər kəsi qəzəbim tutarsa, həlak olar və cəhənnəm atəşinə düçar olar. Bu çox təəccüblüdür, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Allah-taala həzrət Fatimei-Zəhranın (əleyhasəlam) qəzəbi səbəbinə qəzəblənir.” Allahı qəzəbləndirən şəxsin aqibəti cəhənnəm odunda yanmaqdır.


(ardını izləyin)


Mənbələr:

[1] Kafi, cild-1, səh. 110

[2] Biharul-ənvar, cild-21, səh. 279 


Etiketlər :

Həzrət Fatimei-Zəhra (s) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (ə) özüdür