Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

28 April 2024

07:20

۷۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il, rəcəb ayının 1-i, miladi 2024-cü il, yanvar ayının 13-ü imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1445-ci il, rəcəb ayının 1-i, miladi 2024-cü il, yanvar ayının 13-ü  imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözünüz aydın deyirik.

Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik. 

Həzrət imam Baqir əleyhissəlamdan bir hədis:

اِصبِروا عَلی اداء الفَرائضِ، وَ صابِرو عَدُوُّکم، وَ رابِطوا امامَکمُ المُنتَظَرِ

“Şəriət hökmlərinə əməl etməkdə davam və hövsələ edin, düşmənləriniz müqabilində səbirli olun, yolunu gözlədiyiniz imamın gəlişi üçün özünüzü hazır edin.”

Mənbə: “Qeybət”, Nə`mani, səh. 27.



Etiketlər :

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü