Həzrət imam Musa ibn Cəfərin (ə) şəhadət günü

18 April 2024

11:29

۷۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il rəcəb ayının 25-i, miladi 2024-cü il fevralın 6-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü

Hicri-qəməri 1445-ci il rəcəb ayının 25-i, miladi 2024-cü il fevralın 6-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür.

Bu böyük müsibəti ilk növbədə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən əza sahibi həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin istəkli davamçılarına təsəlli və başsağlığı deyirik.

Ümid edirik bütün əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə Əhli-beytin (əleyhimussəlam) və xüsusi olaraq həzrət imam Musa Kazimin (əleyhissəlam) xatirəsinin əzəmətlə yad edilməsində səy göstərsinlər və İlahi maarifə yiyələnmək üçün o Həzrətin dürəfşan kəlamlarından faydalanmaqla özlərinə pak və parlaq həyat yolu tutsunlar, inşa Allah...

Həzrət İmam Kazim əleyhissəlamın hikmətli kəlamlarından

قالَ علیه السلام : مَنْ اَرادَ انْ یَکُونَ اقْویَ النّاسِ فَلْیَتَوَکَّلْ علَی اللّهِ

(İstənilən cəhətdə) insanların ən güclüsü olmaq istəyən şəxs, hər bir işdə Uca Allaha təvəkkül etməlidir.

Mənbə: Biharul-ənvar, cild-75, səh. 327, hədis-4

 قالَ علیه السلام : اداُ الاْمانَهِ وَالصِّدقُ یَجْلِبانِ الرِّزْقَ، وَالْخِیانَهُ وَالْکِذْبُ یَجْلِبانِ الْفَقْرَ وَالنِّفاقَ

“Əmanətə vəfadarlıq və doğruluq gündəlik inkişafa və ruzinin artımına gətirib çıxarır; Amma əmanətə xəyanət etmək və yalan danışmaq bədbəxtliyə, yoxsulluğa, nifaqa və qəlblərdə zülmətə səbəb olur.”

Tuhəful-uqul, səh. 297

قالَ علیه السلام : ابْلِغْ خَیْرا وَ قُلْ خَیْرا وَلاتَکُنْ إمَّعَه

“İnsanlara xeyirli olun, yaxşı və faydalı sözlər danışın, laqeyd və məsuliyyətsiz şəkildə özünüzü kənara çəkməyin.

Tuhəful-uqul, səh. 304; Biharul-ınvar, cild-2, səh. 21 və cild-75, səh. 325

Allah-taala Babul-həvaic imam Kazim əleyhissəlamın ehtiramına möminlərin hacətlərin qəbul etsin və onları hər növ xoşagəlməzlikdən qorusun, Amin ya Rabbil aləmin!


Etiketlər :

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü