Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü
18 January 2025
10:23
۱۴۲
Xəbərin xülasəsi :
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
-
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
-
Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
-
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
-
Ayətullah Fazil Lənkəraninin Avstraliya tələbələri ilə görüşü
Bismilləhir-Rahmənir-Rahim
Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1445-ci il əzəmətli şəban ayının 3-ü imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür.
Bu böyük fərəh və şadlıq münasibətilə ilk olaraq həzrət Hüccət ibn Həsən Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün Əhli-beyt (əleyhimussəlam) sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və məhəbbət dolu sevinclər çatdırırıq.
Həmçinin, hicri-qəməri 1445-ci il şəban ayının 4-ü həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində qoşun sərkərdəsi və bayraqdarı, şücaət, fədakarlıq, vəfadarlıq, cavanmərdlik rəmzi olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.
Bu gözəl və sevindirici gün münasibətilə öncə intizarında olduğumuz Allah-təalanın yer üzərindəki sonuncu hüccəti mövlamız həzrət Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin mömin bacı və qardaşlarına təbrik deyirik.
Eləcə də hicri-qəməri 1445-ci il şəban ayının 5-i imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür.
Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və İlahi tövsiyələrə əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.