Ramazan ayının səkkizinci gününün duasının qısa izahı

07 May 2024

14:27

۵۵

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və aşkar salam verənlərdən et
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının səkkizinci gününün duasının qısa izahı 

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ رَحْمَةَ الْأَيْتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْكِرَامِ بِطَوْلِكَ يَا مَلْجَأَ الْآمِلِينَ

Əllahummərzuqni fihi rəh­­təl əytam və it`amət-təam və ifşaəs-səlam və suhbətəl-ki­ram; bitəvlikə ya məlcəəl ami­lin.

“İlahi! Bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və aşkar salam verənlərdən et; məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacağı və pənahı!”

Duada işlənən əsas kəlmə və ifadələr:

Yetimlərə mərhəmət göstərmək; Yemək və təam ehsan etmək; Salamı aşkar etmək; Kəramət və hörmət sahibləri ilə həmsöhbət olmaq.

Duanın sifariş və peyğamları:

1-Yetimlərə mərhəmət göstərmək İslam dinində çox sifariş olunan əməllərdəndir. Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) yetimləri himayəsinə götürənlərin Beheştə getmələrinə zamin olmuşdur. (Vəsailuş-şiə, cild-10, səh. 314)

2-Təam və ehsan vermək qohum-əqrəba və yaxınlar arasında ünsiyyət, dostluq və yaxşılıqların möhkəmlənməsinə səbəb olar.

3-Salam Allah-taalanın adlarından biridir, salam vermək müsəlmanlar arasında dostluq və məhəbbətin artmasına səbəb olur. Salamı aşkar etmək yüksəkdən salam vermək mənasına deyil, əslində o deməkdir ki, insan qarşılaşdığı hər bir şəxsə salam desin və onun salam verməsini gözləməsin. (Ədəb fənaye muqərrəban, cild-1, səh. 1)

4-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Əməllərin ən yaxşısı kərəm, şərafət və hörmət sahibləri ilə həmsöhbət olmaq və ən xoşagəlməz əməl isə pis, nalayiq və imansız insanlarla oturub-durmaqdır. (Cameul-əxbar, səh. 185)

Həzrət Əli əleyhissəlam buyurur: “Ağılın səmərəsi xeyirxah insanlarla müaşirət edib ünsiyyətdə olmaqdır.” (Yəni hər bir ağıllı insanın yaşayışında bu xüsusiyyət özünü büruzə verməlidir.) (Ğurərul-hikəm, səh. 53)

Allah-taaladan bütün möminlərin ibadət və dualarının qəbul olmasını diləyirik;

Amin! Ya Rabbil aləmin! 


Etiketlər :

Ramazan ayının səkkizinci gününün duası