Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı

07 May 2024

16:12

۴۸

Xəbərin xülasəsi :
Hicri qəməri 1445-ci il ramazan ayının 10-u, miladi 2024-cü il mart ayının 21-i həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) sevimli və vəfalı həyat yoldaşı, Fatimei-Zəhranın (əleyhasəlam) əziz anası, Haşimi qəbiləsinin himayədarı, iftixarlı “Möminlər anası” məqamının kamil nümunəsi xanım Xədicəi-Kubranın (əleyhasəlam) vəfatının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri qəməri 1445-ci il ramazan ayının 10-u, miladi 2024-cü il mart ayının 21-i həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) sevimli və vəfalı həyat yoldaşı, Fatimei-Zəhranın (əleyhasəlam) əziz anası, Haşimi qəbiləsinin himayədarı, iftixarlı “Möminlər anası” məqamının kamil nümunəsi xanım Xədicəi-Kubranın (əleyhasəlam) vəfatının ildönümüdür.

Xanım Fatiməi-Zəhranın (əleyhasəlam) istəkli anası həzrət Xədicə (əleyhasəlam) Peyəmbər-əkrəmin (sallallahu əleyhi və alih) həyatının ən çətin dövründə yaşamış və vəsfedilməz fədakarlıqları ilə Peyğəmbərin həmdəmi və o Həzrətin ağır günlərinə şərik olmuşdur. Həzrət Xədicənin (əleyhasəlam) maddi baxımdan Məkkə şəhərinin ən imkanlı şəxslərindən olması səbəbinə cahiliyyət dövründə müşriklərin Peyğəmbərə qarşı ən sərt və dözülməz təzyiqlərinin dəf edilməsində bu əzəmətli qadının son dərəcə böyük rolu olmuşdur. 

Tarix yazanlar qeyd etmişlər ki, müşriklərin Haşimi tayfasını iqtisadi mühasirəyə almaqla onları təslim olmağa məcbur etdikləri dözülməz ağır illərdə məhz bu şəxsiyyətin maddi imkanları Peyğəmbər tayfasının köməyinə çatmış və onların böyük təzyiqlərə qarşı davam gətirmələrinə kömək olmuş və bu uğurda son nəfəsinə qədər fədakarcasına çalışmışdır.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) islamın qələbəsindən sonra bu şərəfli xanımı və onun fədakarlığını və mərhəmətini daimən yada salmış, xatirəsini əzizləmişdir. Həzrət Xədicə (əleyhasəlam) xanım Zəhranın (əleyhasəlam) anası olduğu baxımdan həqiqətdə on bir məsum imamın anası, bəzən də həzrət Əlini (əleyhissəlam) öz evində saxlayıb tərbiyə etməsi baxımdan bu uca məqamlı qadını on iki məsum imamın anası kimi də tanıyırlar. Bir sözlə həzrət Xədicəi-Kubranın (əleyhasəlam) Rəsuləllah (sallallahu əleyhi və alih) və Əhli-Beyt (əleyhimussəlam) ilə bağlılığı və İslam dininin nailiyyət qazanmasında böyük fədakarlıqları səbəbinə bu şərəfli qadını “Ümmətin anası” adlandırmaq doğrudur.

Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) və Peyğəmbəri müşrüklər qarşısında müdafiə edən həzrət Əbu Talibin (əleyhissəlam) vəfatından sonra Rəsuləllah (sallallahu əleyhi və alih) müqəddəs Məkkə şəhərində davam gətirməyib, Yəsrib (indiki Mədinə) əhlinə sığınmışdır. Bir ildə bu iki əzəmətli şəxsiyyətin şəhadət simalı vəfatı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəm-qüssəsinə səbəb olmuş və həmin ili hüzn və kədər ili adlandırmışdır.

İllər ötdükdən sonra Rəsuləllah (sallallahu əleyhi və alih) müşrüklər müqabilində tam qələbə çalmış və ərəblər arasında islam dini və təkallahlılıq bayrağını ucaltmışdır. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həmişə Xanım Xədicənin (əleyhasəlam) xatirəsini yad etmiş və onun firağında göz yaşları tökmüşdür.

Əhli-Beyt (əleyhimussəlam) məktəbində Xədicəi Kubranın (əleyhasəlam) vəsfəgəlməz fəzilətləri vardır. Allah-taala, Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) və Əhli-Beyt (əleyhimussəlam) həzrət Xədicəi Kubra (əleyhasəlam) ilə iftixar etmişlər. Belə hədislərdən birində Rəsuləllahdan (sallallahu əleyhi və alih) nəql edilir: 

قالت ام سلمه: فلما ذکرنا «خدیجه» بکى رسول الله ثم قال: «خَدِیجَهُ وَ اَینَ‌ مِثْلُ‌ خَدِیجَهَ؟! صَدَّقَتْنِی حِینَ کَذَّبَنِی النَّاسُ وَ آزَرَتْنِی عَلَی دِینِ اللَّهِ وَ اَعَانَتْنِی عَلَیهِ بِمَالِهَا اِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ اَمَرَنِی اَنْ اُبَشِّرَ خَدِیجَهَ بِبَیتٍ فِی الْجَنَّهِ مِنْ قَصَبِ الزُّمُرُّدِ لَا صَخَبَ فِیهِ وَ لَا نَصَب»

“Ummu Sələmə deyir: Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında Xədicəi Kubranı (əleyhasəlam) yada saldıqda Həzrətin gözləri yaşardı və buyurdu: “Heç kəs Xədicə kimi olmaz! Xalq məni inkar etdikdə o, məni təsdiq etdi və öz mal-dövləti ilə Allah dininin bərqərar olmasında mənə kömək oldu, Allah-taala mənə göstəriş verdi ki, Beheştdə Xədicəyə zümrüd daşından hazırlanmış saray müjdəsi verim, orada heç bir zəhmət və narahatlıq yoxdur.”

Mənbə: Biharul-ənvar, cild-43, səh. 131

Burada o Həzrətin sünnü hədis mənbələrində gələn özünəməxsus vəsflərindən birinə işarə edirik və o, budur ki, Allah taala və Cənab Cəbrail həzrət Xədicəyə (əleyhasəlam) xüsusi salam demiş və ona Beheşti vədə vermişlər. Əhli təsənni məzhəbinin ən mötəbər sayılan “Səhih Buxari” və “Səhih Muslim” kitablarında yazılır: 

اتی جِبْرِیلُ النبی صلی الله علیه وسلم فقال یا رَسُولَ اللَّهِ هذه خَدِیجَةُ قد اَتَتْ مَعَهَا اِنَاءٌ فیه اِدَامٌ او طَعَامٌ او شَرَابٌ فاذا هِی اَتَتْکَ فَاقْرَاْ علیها السَّلَامَ من رَبِّهَا وَمِنِّی وَبَشِّرْهَا بِبَیتٍ فی الْجَنَّةِ من قَصَبٍ لَا صَخَبَ فیه ولا نَصَبَ 

“Cəbrail həzrət Peyğəmbərin (sallallahu əleyhi və [alihi və] səlləm) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Bu gələn Xədicədir, onda yemək və içmək olan bir qab vardır. Gəlib çatdıqda ona Allahdan və məndən salam yetir və Beheştdə neydən hazırlanmış bir evin bəşarətin ver ki, orada heç bir səs və əziyyət yoxdur.”

Mənbə: Səhih Buxari, hədis-3820; (oxşar hədis Səhih Muslim kitabında da qeyd olunmuşdur, hədis 2432. [Alimlər demişlər ki, burada “neydən hazırlanmış ev” dedikdə, möhtəşəm saray kimi içi boş mirvarilərdən ibarət bir qamış nəzərdə tutulur. Həmçinin daş-qaşla örtülmüş qızıl saray olduğu deyilir. Lüğət alimləri, qamışın zinət əşyalarından sayıldığını demişlər...]).

Beləliklə, bu böyük müsibət munasibəti ilə ilk növbədə həzrət imam Sahib əz-Zamana (əleyhissəlam) sonra isə bütün mömin bacı və qardaşlara təsəlli deyir və Əhli-beytin (əleyhimussəlam) kədər və qəminə şərik oluruq.

İltimas dua







Etiketlər :

Həzrət Xədicəi-Kubranın (əleyhasəlam) vəfatı