Ramazan ayının onuncu gününün duasının qısa izahı

07 May 2024

10:38

۴۶

Xəbərin xülasəsi :
İlahi! Bu gün Sənə təvəkkül edənlərdən olum; Sənin hüzurunda nicat tapanlardan olum; məni Özünə yaxın bəndələrdən et
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının onuncu gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ

Əllahumməc`əlni fihi mi­nəl mutəvvəkkilinə ələyk, vəc`əlni fi­hi minəl faizinə lədəyk, vəc`­əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.

“İlahi! Bu gün Sənə təvəkkül edənlərdən olum; Sənin hüzurunda nicat tapanlardan olum; məni Özünə yaxın bəndələrdən et. Öz ehsanınla, ey sevənlərin son arzusu!”

Duanın əsas kəlmə və ifadələri:

Təvəkkül; Nicat tapanlar; Yaxın bəndələr; Ehsan.

Duanın sifariş və peyğamları:

1-Mərhum Əllamə Təbatəbai buyurur: Təvəkkül odur ki, işlərdə ancaq Allah-taala təsirli və səbəbkar biləsən; (Əl-Mizan, cild-17, səh. 507)

Təvəkkülün mənası vəzifəni tərk etmək deyil, vəzifəni yerinə yetirmək lazımddır və Allaha təvəkkül edib nəticəni gözləməlisən.

2-“Faizun” – kəlməsi (nicat tapmaq) səadətə çatmaqdır. Qurani-Kərim Allahın razılığını “Fəvzun əzim” -ən böyük səadət sanır; (Maidə surəsi, ayə 119)

3-Kumeyl duasında Allahın zikri İlahi dərgaha yaxınlaşmağın vəsiləsi olduğu göstərilir.

4-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) sənə pis olana ehsan etməyi dünya və axirətdə ən böyük əxlaq tanıtdırır; (Munyətul-murid, səh. 323)

Hər kəsin fitrəti sağlam və düzgün olsa, ehsan əhlinə təşəkkür və mədh edər.

İlahi! Möminlərə ehsan etməyi bizə nəsib et! Ehsan edənlərin ehsanları müqabilində təşəkkür etməyi də bizə əta buyur, Amin ya Rabbil, aləmin!

 İlahi! Möminlərin bu duada istədiklərini onların halına şamil et və Qiyamət günündə onları İslamın yolunda hər bir şeyindən keçən Möminlərin anası həzrət Xədicəi-Kubra əleyhasəlamın yanında xəcalətli etmə; Amin, ya Rabbil aləmin!


Etiketlər :

Ramazan ayının onuncu gününün duası