Ramazan ayının gecələrində oxunan dua

27 April 2024

11:55

۴۲

Xəbərin xülasəsi :
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının gecələrində oxunan dua 

Mərhum Seyid İbn Tavus “İqbalul-əmal” kitabında rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar. Dua belədir:

"اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ"

Əllahummə rəbbə şəhri rə­mə­zanəlləzi ənzəltə fi­hil Qur`­an, vəftərəztə əla iba­dikə fihis siyam, səlli əla Muhəmmədin və ali Mu­həmməd, vərzuqni həccə bəy­tikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəin­nəhu la yəğfiruha ğəyruk, ya Rəhi­mu ya Əllam.[1]

“İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!”

Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin müştərək əməlləri.

İltimas dua!


[1] “İqbalul-əmal”, səh. 61


Etiketlər :

Ramazan ayının gecələrində oxunan dua