Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı

30 April 2024

00:48

۴۲

Xəbərin xülasəsi :
İlahi! Bu gün Öz fəzilət və kərəm qapılarını mənim üzümə aç və bərəkətini mənə nazil et və məni Öz razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et və cənnətinin ən gözəl yerində məskunlaşdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı

اللَّهُمَّ افْتَحْ لِي فِيهِ أَبْوَابَ فَضْلِكَ وَ أَنْزِلْ عَلَيَّ فِيهِ بَرَكَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِمُوجِبَاتِ مَرْضَاتِكَ وَ أَسْكِنِّي فِيهِ بُحْبُوحَاتِ جَنَّاتِكَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ

Əllahumməftəh li fihi əb­va­bə fəzlikə və ənzil ələyyə fihi bə­rəkatikə və vəffiqni fihi li­mu­cibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə, ya mucibə də`vətil muztərrin.

İlahi! Bu gün Öz fəzilət və kərəm qapılarını mənim üzümə aç və bərəkətini mənə nazil et məni Öz razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq etcənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!

Duanın möminlərə tövsiyə və sifarişləri:

1-Qurani-Kərimin ayələrindən ələ gəlir ki, İlahi göstərişlərə itaət edənlərin üzərinə Allahın inayət və fəziləti kölgə salar; (Nisa surəsi, ayə 69-70)

2-Bu əzəmətli ayın bərəkəti haqda elə bunu demək bəs edər ki, oruc tutan şəxsin hətta yuxusu və nəfəs çəkməsi belə, zikr demək həddində ibadət sayılır; (Biharul-Ənvar, cild-96, səh. 357)

3-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih): Xalqın razılığına görə Allahı qəzəbləndirən insan Allahın razılığını satmış və Onun inayətindən uzaq olmuşdur; (İrşadul-qulub, cild-1, səh. 179)

4-Əmirəl-möminin (əleyhissəlam): Günahı tərk etmək hər nə qədər çətin olsa, Allah qəzəbinin əzabına dözmək qədər çətin olmaz; (Ğurərul-hikəmin təsnifi, səh. 187)

5-Həqiqətən pərişan və çarəsiz qaldıqda Allahdan başqa kim insanın köməyinə çata bilər? (Zumər surəsi, ayə 8)

Pərvərdigara! Möminləri bu ayın fəzilət və bərəkətindən faydalandır; Onlara Behiştin ən gözəl guşəsində yer ver; Möminlərin günahlarını bu əzəmətli ayda pak et və onları əfv eylə; pərişan və çarəsiz hallarında rəhmət və inayətini onlara nazil buyur; Amin, ya Rəbbəl aləmin!












Etiketlər :

Ramazan ayının iyirmi ikinci gününün duası