Mən bu zillət dolu mühitdə ölümü səadət və xoşbəxtlik, zalımlarla birgə yaşamağı isə əzab və bədbəxtlikdən başqa bir şey bilmirəm!

20 May 2024

04:03

۲,۳۰۲

Xəbərin xülasəsi :
Get Əbülfəz bu Hüseynə səni qurban elədim,

Bəslədim sərvi qəddün azimi meydan elədim!
آخرین رویداد ها


Məhərrəmlik ayı, Aşura günü və ümümiyyətlə İmam Hüseynin (ələyhis-salam) unudulmaz qiyamı haqda toplanmış dəyərli yazılar


Mən bu zillət dolu mühitdə ölümü səadət və xoşbəxtlik, zalımlarla birgə yaşamağı isə əzab və bədbəxtlikdən başqa bir şey bilmirəm!

 


TASUA GÜNÜ KƏRBƏLADA


Get Əbülfəz bu Hüseynə səni qurban elədim,

Bəslədim sərvi qəddün azimi meydan elədim!

 

BuHüseyn sifdi Nəbidir sən ona rəsmi qulam

Sənə rayət budu şahən şahi dövranı imam

Budur aləmlər içində səbəbi nəzmi-nizam

Bu Hüseynə səni mən xadimi dövran elədim.

 

Mümkün olduqca gətir abi sərin xeymələrə

Ta ola bəlkə təsəlli hərəmi teşnələrə

Xidmət eylə qədər vardı canun nəcmlərə

Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.

 

Əkbər üstə qənədün sərginən ey sərvi rəvan

Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan

Cən sənin can bu dilarami Hüsen teşnə ləban

Səni bu nəsli Əbul-Qasimə qurban elədim.

 

Nadima eylə təvəccöh zübdeyi nasə müdam

Yazginən qisseyi dil sözünü qıl tasə müdam

Müşkül əmründə yapış daməni Əbbasə müdam

Ta şikayət eləmə ömrümü viran elədim.

 

 

HƏZRƏT  ƏBÜLFƏZLİN (Ə) BABASI NƏNƏSİ İLƏ TANIŞLIQ

Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın cəddinin adı Əbu Talibdir. «Əbu Talib» əslində onu əsl adı deyil, bəlkə ləqəbidir. Onun əsl adı barəsində tarixçilər arasında ixtilaf vardır. Məşhur budur ki, Əbu Talibin əsl adı «Əbdül Mənar»dır.

Əbu Talibin  dörd oğlu olmuşdur. Onların adları: Talib, Əqil, `fər Əli (əleyhissalam) olmuşdur. Onların hər birisi digərindən on yaş böyük idi. Talib Əli(əleyhissalam)-dan 30 yaş böyük olub. Onun nəslinin kökü olmayıb. Qureyş tayfası «Bədr» döyüşünə gələndə onu da özü ilə zorla aparıblar Lakin yolda itgin düşdüyünə görə döyüşdə iştirak etməmişdir. `ziləri nəql edir ki, dənizdə qərq olmuşdur.

Əbu Talibin özü böyük şəxsiyyətlərdən olmuşdur. O, Peyğəmbərə (səlləllahu əleyhi alihi səlləm) ilk iman gətirənlərdən olub bu yolda əlindən gələn köməklikləri göstərmişdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan rəvayətlərin birində Əbu Talibin iman gətirməsi barəsində belə deyilir:

 «Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə insanların imanlarını başqa gözünə qoysaq Əbu Talibin imanı ağır gələr».

Nəhayət, be`sətin 10-cu ilində Əbu Talib öz dünyasını dəyişir. İslam Peyğəmbərinə (səlləllahu əleyhi alihi səlləm) hədsiz dərəcədə köməklik göstərən bu şəxsiyyətdən sonra müşriklər cür`ət tapıb Peyğəmbərə (səlləllahu əleyhi alihi səlləm) tərəf hücuma keçirlər. Əbu Talibin vəfatından 30 yaxud 45 gün sonra Peyğəmbərin (səlləllahu əleyhi alihi səlləm) zövcəsi `minə xanım Xədicə dünyasını dəyişir. İslam Peyğəmbəri (səlləllahu əleyhi alihi səlləm) həmin ili «hüzn ili» adlandırır.

 

HƏZRƏT ƏBULFƏZL ABBASIN NƏNƏSİ FATİMƏ ƏSƏD QIZIDIR!

Əsəd qızı Fatimə  islam Peyğəmbərinə (səlləllahu əleyhi alihi səlləm)-ə iman gətirdikdən sonra bütpərəstliklə mübarizəyə başlayır. Bu `minə qadın Xədicədən sonra ilk qadın idi ki, Peyğəmbərə (səlləllahu əleyhi alihi səlləm) iman gətirmişdi. Onun islam Peyğəmbərinin (səlləllahu əleyhi alihi səlləm) yanında çox böyük hörməti var idi. Belə ki, vəfat edərkən Peyğəmbər (səlləllahu əleyhi alihi səlləm) öz köynəyini ona geyindirib dəfn edir.

 

ƏLİ (Ə) ƏBULFƏZL ABBASIN ATASI!

Həzrət Əli (əleyhissalam)-ın barəsində danışmaqdan ötrü xüsusi kitaba ehtiyac vardır. Lakin qısa da olsa Həzrətin həyatına nəzər sala bilərik.

Əli (əleyhissalam) be`sətdən on il qabaq müqəddəs `bədə doğulmuşdur. Otuz il imamətlik dövründə cəmi dörd il doqquz ay xilafətdə olmuşdur. Hicrətin 40- ili Ramazan ayının 19-da (Allahın `nətinə gəlmiş) ibni Mülcəm adlı həyasız bir varlıq tərəfindən qılınclanmış nəhayət 21- şəhadətə yetmişdir.

Əli (əleyhissalam) `sum imam olmaqla yanaşı özünün şücaəti qəhrəmanlığı ilə tanınmışdır. Ədalət naminə həyatından belə keçməyə hər an hazır olan İmam (əleyhissalam), özünün əxlaqi xüsusiyyətləri ilə bəşərə nümunə idi. Tarix səhifələrində çoxlu kəramətlərinin olduğu göstərilir. İmamın kəramətlərindən, əli kəsilmiş şəxsə əl bağışlaması, anadan gəlmə kor yetimin gözlərinin açılması, ölünün kəllə sümüklərinin İmamla danışması, Əshabı Kəhfin dirilməsi onunla söhbət etməsi, o cümlədən onlarla belə kəramətləri tarix kitablarında qeydə alınmışdır.

 

 

ÜMMÜL BƏNİN HƏZRƏT ƏBÜLFƏZLİN(Ə) ANASI!

Həzrət Əbülfəzl (ə)-ın anası Ümmül Bəninin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

Əsl adı ‒‒‒‒‒‒‒‒‒ Fatimə

Künyəsi ‒‒‒‒‒‒‒‒‒ Ümmül Bənin

Anası ‒‒‒‒‒‒‒‒‒‒ Səamə

Həyat yoldaşı‒‒‒‒ Əli (əleyhissalam)

Dörd şəhid anası olub ‒‒ Abbas, Əbdüllah, `fər Osman.

Qəbri şərifi ‒‒ Mədinə, «Bəqi» qəbiristanlığında.

 

Tarixdə bu qadının özünün anadan olduğu vaxt qeyd olunmayıb. Lakin onun böyük oğlu Həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26- ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu öz əlləri ilə kömək üçün kömək üçün İmamla(əleyhissalam) göndərir. Onların qətl xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır öz oğullarının ona fəda olmasını arzulayır. Bu da onun imanının dərəcədə yüksək  olmasına işarədir.

 


Etiketlər :