Mübarək Rəcəb ayı

03 May 2024

17:57

۲,۰۴۳

Xəbərin xülasəsi :
Rəcəb ayının fəzilətləri
آخرین رویداد ها

Mübarək Rəcəb ayı

Rəcəb ayının fəziləti və əməlləri

Bilin ki, Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcədədirlər. Çoxlu hədislər bu barədə gəlmişdir. Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır. Rəcəb ayı Allahın, Şəban ayı Allahın , Ramazan ayı isə mənim ayımdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar. İmam Kazimdən(ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar. Başqa yerdə buyurur:- Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq. İmam Sadiqdən(ə) peyğəmbərin belə buyurduğu nəql olunur:- Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır. Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:-Əstəğfirullahə və əs`əluhut tovbə. İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, o, belə dedi:- Rəcəb ayından bir neçə gün qalmış İmam Sadiqin(ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək mənə buyurdu:- Heç bu ayda oruc tutmusan? Dedim:- Xeyr, ey peyğəmbər övladı! Buyurdu :- Sənin qədər savabı əldən verməyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı başqa aylardan üstün tutub, ona böyük hörmət qoyub. Onda oruc tutanı özünə əziz eləməyi vacib bilib. Sonra soruşdum:- Ey peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam oruc tutanların savabına yetişərəm? Buyurdu:- Ey Salim, əgər bu ayın axırıncı günün kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç gününü oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.

Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ

Subhanəl ilahil cəlil, sub­hanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.

Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.

Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu deyirdi:- İmam Sadiqə belə ərz etdim:- Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah taala onunla mənə xeyir versin. Həzrət buyurdu:- Yaz Bismilahir Rəhmanir Rəhim və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ‏] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ

Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti mən ləm yəs`əlh, və mən ləm yə`rifhu təhən­nunən minhu və rəhməh, ə`tini biməs`­ə­ləti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axi­rəh, vəsrif ənni biməs`ə­ləti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyru mən­qusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim.

Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!

Ravi deyir:- Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrülə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:

يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

Ya zəl cəlali vəl ikram, ya zən nə`mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.

Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda (cəhənnəm oduna)!

 

Etiketlər :