Camieyi-Kəbirə ziyarətnaməsi

03 May 2024

08:49

۲,۵۲۱

Xəbərin xülasəsi :
Əhli-Beyt əleyhimussalamla tanış olmaq üçün ən gözəl və mötəbər elmi mənbələrdən biri Camieyi-Kəbirə ziyarətnaməsidir. Ümid edirik bu silsiləvi bəhslər bütün möminlər üçün Əhli-Beyt əleyhimussalamla daha yaxşı tanış olmaqda faydalı olsun, İnşaallah.
آخرین رویداد ها


Camieyi-Kəbirə ziyarətnaməsində Əhli-Beyt əleyhimussalamın siması

«Camiə» ziyarətnaməsini pak və mə`sum imamlar əleyhi­mussalamın elmlərini gələcək nəsillərə çatdıran bir çox böyük din alimləri nəql etmişdir. Bu ziyarətnamənin məşhurluğu elmi mə`lumata malik olan tədqiqatçılar üçün gün kimi aydındır. İbarələrinin inci quruluşu və nurani mə`naları, onun ilahi elmlərə yiyələnən və Qur`an sirlərinə sahib olan vilayət nurunun ulduzlarının sinəsindən südur etməsini təsdiqləyən həqiqi dəlil və sübutdur.

Ziyarətnamənin fəsahətli məzmunu və bəlağətli dəlaləti, mə`sumların digər kəlamları (Nəhcül-bəlağə, Səhifeyi-Səccadiy­yə, bir çox dua və raz-niyazlar) kimi, onun sənədində axtarış aparmaqdan bizi biniyaz edir.

Bu ziyarətnaməni görkəmli şiə alimi mərhum Şeyx Tusi «Təhzib»[1] kitabında, böyük hədis alimi mərhum Şeyx  Səduq «Fəqih»[2]«Üyun»[3] kitablarında və digər alimlər öz kitab­larında mö`təbər ravi olan Məhəmməd ibni İsmayıl Bərməkidən, o da Musa ibni Abdullah Nəxəinin[4] vasitəsilə həzrət imam Hadi əleyhissalamdan rəvayət etmişlər.

«Üyun» kitabında bu rəvayətin sənədi belə qeyd olunub:

Dəqqaq, Şeybani,[5] Vərraq və Məktib, onların hamısı Əsədi­dən, o da Bərməkidən, o isə Nəxəidən[6] rəvayət ediblər ki, belə deyir:

Həzrət imam Əli ibni Muhəmməd Hadi əleyhissalama ərz etdim: «Ey Allah Peyğəmbərinin oğlu! Mənə yüksək mə`nalı və aydın bir kəlam öyrət ki, siz əzizlərin hər birini ziyarət etmək istəyəndə, onu bəlağət və kamalla oxuyum.»

Həzrət buyurdu: «İmamların ziyarətgahının giriş qapısına yetişdiyin zaman, dayanıb otuz dəfə «Allahu əkbər» deyərək təkbir söylə. Sonra vüqar və aramlıqla hərəkət edib bir az get, sonra yenidən dayanıb otuz dəfə təkbir de. Sonra isə məzara yaxınlaşıb qırx dəfə də təkbir de, belə ki, məcmu halında yüz dəfə təkbir demiş olasan. Daha sonra bu ibarələrin mə`nalarına diqqət yetirməklə imamları ziyarət et.»

Belə deyərək, həzrət «Camieyi-kəbirə» ziyarətnaməsini qira­ət buyurdu.

Bu rəvayət «Fəqih» kitabında da nəql etdiyimiz kimi qeydə alınıbdır.

[1] «Ət-Təhzib», Şeyx Tusi, 6-cı cild, 46-cı  fəsil, səh. 95.

[2] «Mən la yəhzuruhul-fəqih», 2-ci cild, səh. 370.

[3] «Üyunu əxbarir-Riza əleyhissalam», Şeyx Səduq, 2-ci cild, səh. 272.

[4] Bu alim «Üyun» kitabında, Musa İbni İmran Nəxəi adı ilə qeydə alın­mışdır.

[5] Ravinin adı «Üyun» kitabında Sənani adı ilə qeyd olunmuşdur.

[6] Bu e`timadlı və mö`təbər alimlərin hər birinin tərcümeyi-halı barədə ətraflı mə`lumat əldə etmək üçün hədis alimlərinin şərhi-halı qeyd olunan «ricalul-hədis» kitablarına müraciət etməyiniz tövsiyə olunur.

Ardı var...

Etiketlər :