Həzrət İmam Kazim əleyhissalamın şəhadəti

03 May 2024

15:55

۱,۸۰۳

Xəbərin xülasəsi :
183-cü hicri qəməri ili Rəcəb ayının 25-i Həzrət Musa ibn Cəfər İmam Kazim əleyhiməssalamın şəhadət günüdür
آخرین رویداد ها


Hicri qəməri tarixi-Rəcəb ayının 25-i, miladi tarixi-May ayının 14-ü Həzrət Musa ibn Cəfər İmam Kazim əleyhiməssalamın şəhadət günüdür. O Həzrət 183-cü hicri qəməri ilində dövrün zalım sultanı Harun ər-Rəşidin əmri ilə uzun müddət zindanda saxlanıldıqdan sonra zəhər vasitəsilə şəhadətə yetirilmişdir. Bu ağır və əzadarlıq günü münasibətilə zamanənin İmamı Həzrət Sahib əz-Zamana (əccəlallahu taala fərəcəhuş-Şərif), din xadimlərinə və bütün müsəlmanlara təsliyət və başsağlığı deyirik.

Həzrət İmam Kazim əleyhissalamdan əxlaq mövzusunda bir hədis:

"لیس منا من لم یحاسب نفسه فی کل یوم، فان عمل حسنا استزاد الله، و ان عمل سیئا استغفر الله منه و تاب الیه"

Həzrət buyurur: "Hər kəs öz nəfsini gün ərzində mühasibə etməzsə, bizdən deyil. (Nəfsini mühasibə edən şəxs) əgər (gün ərzində) yaxşı əməl sahibi olduğunu görərsə, Allah taaladan belə əməllərin çox olmasını istəsin, (amma) əgər pis əməl sahibi olduğunu müşahidə edərsə, Allah taaladan bağışlanmasını istəsin və Onun dərgahına üz tutub təvbə etsin."

Hədisin mənbəsi: Əl-Kafi, 2-ci cild, səh. 453.

Dünya müsəlmanlarını, xüsusən zalımlarla ön cəbhədə mübarizə edən İraq, Suriya, Bəhreyn və Yəmən haqsevərlərini dua etməyi unutmayın! İltimasi dua.

Etiketlər :