Günün hədisi

17 May 2024

07:45

۱,۴۸۷

Xəbərin xülasəsi :
Həzrət İmam Sadiq əleyhissəlam buyurur: “İnsanın şəxsiyyətinin əsası əqldir. Huş, fəhm (düşüncə), hafizə və elm (bilik) də əqldən qaynaqlanır
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Sadiq əleyhissəlam buyurur:

قَالَ أَبُو عَبْدِ اللَّهِA: دِعَامَةُ الْإِنْسَانِ‏ الْعَقْلُ وَ الْعَقْلُ مِنْهُ الْفِطْنَةُ وَ الْفَهْمُ وَ الْحِفْظُ وَ الْعِلْمُ وَ بِالْعَقْلِ يَكْمُلُ وَ هُوَ دَلِيلُهُ وَ مُبْصِرُهُ وَ مِفْتَاحُ أَمْرِهِ فَإِذَا كَانَ تَأْيِيدُ عَقْلِهِ مِنَ النُّورِ كَانَ عَالِماً حَافِظاً ذَاكِراً فَطِناً فَهِماً فَعَلِمَ بِذَلِكَ كَيْفَ وَ لِمَ وَ حَيْثُ وَ عَرَفَ مَنْ نَصَحَهُ وَ مَنْ غَشَّهُ فَإِذَا عَرَفَ ذَلِكَ عَرَفَ مَجْرَاهُ وَ مَوْصُولَهُ وَ مَفْصُولَهُ وَ أَخْلَصَ الْوَحْدَانِيَّةَ لِلَّهِ وَ الْإِقْرَارَ بِالطَّاعَةِ فَإِذَا فَعَلَ ذَلِكَ كَانَ مُسْتَدْرِكاً لِمَا فَاتَ وَ وَارِداً عَلَى مَا هُوَ آتٍ يَعْرِفُ مَا هُوَ فِيهِ وَ لِأَيِّ شَيْ‏ءٍ هُوَ هَاهُنَا وَ مِنْ أَيْنَ يَأْتِيهِ وَ إِلَى مَا هُوَ صَائِرٌ وَ ذَلِكَ كُلُّهُ مِنْ تَأْيِيدِ الْعَقْلِ

“İnsanın şəxsiyyətinin əsası əqldir. Huş, fəhm (düşüncə), hafizə və elm (bilik) də əqldən qaynaqlanır. Əql insanı kamil edir, onun işlərinin açarı, ona yol göstərən və bəsirət verəndir. Əgər insanın əqli ilahi nur ilə dəstəklənsə, onda o, alim, hafiz, mütəzəkkir – huşlu və dərrakəli olar. Buna görə də necə, niyə və harda olmağını, ona xeyirxah və bədxah olanları tanıyar. Onu tanıdığı zaman həyat üslubunu və yolunu, onun nəticəyə çatlıb çatmadığı yerləri tanıyar, Allahı yeganə bilməkdə, fərmanına iqrar etməkdə xalis olar. Bunu etdiyi zaman itirdiyi şeyləri bərpa edər, gələcəyinə hakim kəsilər və hansı vəziyyətdə olduğunu, nə üçün burada olduğunu, hardan gəldiyini və hara gedəcəyini bilər. Bunların hamısı əqlin dəstəyi sayəsindədir.”

Mənbə:  “Kafi”, Kuleyni, 1-ci cild, səh. 25

“İləluş-şəraye”, Şeyx Səduq, 1-ci cild, səh. 103 (rəvayətin axırında bir qədər fərq var);

“Biharul-ənvar”, Əllamə Məclisi, 1-ci cild, səh. 90 (“İləluş-şəraye”dən nəqlən)

 

Etiketlər :

Günün hədisi