Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları
04 October 2024
15:11
۱,۶۹۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti
-
Həzrət Rəsuləllahın (s) rehləti və imam Həsənin (ə) şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları
Birinci çıxış (ardı)
Bu mətləbin təsdiqində qəbul edilməlidir ki,
keçmiş dinlərin müxtəsər şəkildə araşdırması bu həqiqəti göstərir ki, hər bir
dövrdə olan din, həmin dövrün insanlarının agahlığı və inkişafı ilə mütənasib
olmuşdur. Eyni halda, heç bir sonrakı dövrdə gələn din, özündən əvvəl olan
dövrdəki dindən daha naqis və daha zəif olmamış və hər bir tarixi dövrdə həmişə
bəşərin təkamülü dinlərin təkamülü ilə yanaşı olmuşdur, necə ki, “İmamiyyə” əqidəsinə
görə sonuncu və ən kamil olan din, yəni İslam dini bəşər tarixinin elə bir mərhələsi
üçün gəlmişdir ki, insanları inkişafı öz ali mərtəbəsinə yetişmişdir.
Bu təhlilə müvafiq olaraq, necə ki, din, “bəşərin
təkamülünün seyrini rəsm edən”dir və bütün dövrlərdə yaşayışın məqsədini bəşəriyyətə
göstərmiş və hər bir zamanda bəşərin həmin dövrə mütənasib fikirlərini əsas məqsədə
doğru hidayət etmişdir; Eləcə də “din bəşərin bütün fərdi, ictimai və hökumət
işlərini nizam-intizama salması” cəhətinə diqqət yetirdikdə, aydın olur ki,
dinin köməyi olmadan bəşər, hətta fərdi həyatda belə bir proqramı həyata keçirə
bilməz. Çünki fərd və cəmiyyət öz ağlının qüvvəsi ilə dünyanın olduqca çox həqiqətlərini
dərk etməkdən aciz olduğu və bir çox əsasları ələ gətirmək qabiliyyətinə malik
olmadığını nəzərə alaraq, özü üçün bir proqram yazıb şəxsi rabitələrini tənzimləyə
bilməz.
Beləliklə, bəşərin əsasən dinə olan ehtiyacını isbat
edən eyni dəlil, bu mətləbi də sübuta yetirə bilər ki, bəşərin ehtiyaclarının
getdikcə artması və onun təkamülünün yüksəlişi ilə, bəşərin dinə olan
ehtiyacları da artır.
İkinci mətləb: Dinin məfhumunun doğru bəyanı;
Müqəddimə olaraq qeyd edəcəyimiz ikinci mətləb
budur ki, din və onun dərin məfhumları, təəssüflər olsun ki, bəzi ziyalılar tərəfindən
“insani təbirlər”lə məna edilmişdir. Çünki din ədəbiyyatında olan “besət” və
“xatəmlik” yüksək məfhumlarını “bəşərin uşaqlıq dövrünün başa çatması”[1],
ya “fitri istedadı olan birisinin zehni fəallığı və beyin kimyəvi maddələrinin
güclü prosesi”[2] və
ya “islahatçı bir məsulda insani özünüdərketmənin şükufələnməsi”[3]
kimi məna edən və bəşəri səadət və hidayətin bütün yönlərində özlərinə rəhbər
bilən insanlar “besət”dən sonra heç bir əsirdə dinin hüzurundan söz aça bilməzlər.
Beləliklə, burada din məfhumundan məqsəd, o əsli
və pak olan gövhərdir ki, əvvələn, İlahi və qeybi mənbədən bəşərin ixtiyarında
qoyulmuş olsun, ikincisi, hər bir zamanda gərək əmin və məsum hifz edəni olsun
və üçüncüsü, heç cür paslanıb köhnəlməsin.