Ölümü yada salmaq və Allah ilə görüşmək sevgisi
21 December 2024
19:20
۶,۲۴۶
چکیده :
1. İmam Xomeyninin “Təhrirul-vəsilə” kitabının şərhini tamamlamaq.
2. Alim və tələbələrin güzəranında vəzifəmə əməl etmək
Bismillahir-Rəmanir-Rəhm
Ölümü yada salmaq və Allah ilə görüşmək sevgisi Mərhum atamdan (Allah ona rəhmət eləsin) bir xatirə: İki cəhət istisna olmaqla dünyada qalmaq istəmirəm. Əgər Allah mənə ömür və möhlət versə şad olardım;1. İmam Xomeyninin “Təhrirul-vəsilə” kitabının şərhini tamamlamaq.
2. Alim və tələbələrin güzəranında vəzifəmə əməl etmək Yadıma gəlir bir gün mərhum atamın (Allah ondan razı olsun) sağlığında, rəhmətə getməmişdən təqribən altı-yeddi il qabaq “Məscidul-Əzəm”-də dərs verərkən buyurdu:”Dünyada heç bir dəqiqə belə qalmağa meylim yoxdur və dünyadan heç bir ləzzət duymuram. Lakin iki cəhətə görə əgər Allah mənə ömür versə şadam: “Buyurdu mən dünyada qalmağa heç bir sevgim yoxdur. Yalnız siz tələbə və alimlərin güzəranında kiçik bir payım var, bu mənim üçün olduqca iftixardır.
İkincisi isə mən hal-hazırda İmamın (yəni Ayətullah Ruhullah Mustafa Xomeyninin (Allah ondan razı olsun) ) “Təhrirul-vəsilə” kitabına şərh yazıram, istəyirəm bu bir dövrə fiqh kamil olsun. Bunun üçün Allaha təşəkkür edirəm və bu cəhətdən bu dövrəni bitirməyimi çox istəyirəm.”Baxmayaraq onun dörddə üçü 28 cilddə çap olub, amma təəssüflər olsun bu dövrə kamil olmadı. Bizim dostlarımızdan olan hövzə ustadlarından biri mənə dedi:
“Atanızı yuxuda gördüm. Ona yuxuda dedilər: Əgər yenidən dünyaya qayıtsanız nə edərsiniz?
O buyurdu: “Təhrirul-vəsilə”-nin şərhini bitirərdim.”
Görünür bu işin onun üçün çoxlu əsəri olub.
Allahla görüşmək istəyi, görüşməkdən əlavə Allah sevgisinə bərabərdir və Allahla görüşməkdən çəkinmək, bundan əlavə Allahdan çəkinməyə bərabərdir.
Həqiqətən hər kimdə Allah ilə görüşmək sevgisi olsa heç vaxt dünyada qalmaq istəməz. Ləzzətlərdən və dünyəvi əsərlərdən imtina edər. Daim bu fikirdə olaq ki, görəsən həqiqətən ölüm anında Allah insanla görüşməyə şad olur ya yox? İnsanla görüşməyə qəzəblənir ya yox?
Bütün sözlər bu bir cümlədə gizlənibdir. Əsas nöqtə “Ölümü yada salmaq” cümləsindədir. Doğrudur, ölümün özünü yada salmaq hərisliyi azaldır. Amma hər şeydən mühüm olanı budur ki, siz elə bil böyük bir adamın görüşünə gedəndə nə fikirdə olursunuz?
Bütün fikriniz budur ki, ora gedəndə sizə düzgün ehtiram edər ya yox?
Salamınızın cavabını alacaq ya yox? Sizə etina edəcək ya yox?