HƏYATI

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Lənkəraninin həyatı


 Təvəllüdü və uşaqlıq dövrü:

Şiələrin böyük mərcəi-təqlidi həzrət Ayətullah-üzma Fazil Lənkəraninin (Allahın rəhməti ona olsun) övladı, cənab Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkərani 1341-ci şəmsi ili rəcəb ayında imam Cavadın (ə) səadətli doğum gününün il dönümü ilə eyni zamanda müqəddəs Qum şəhərində dünyaya göz açır. Övladının təvəllüdündən qabaq atası yuxuda Allah-taalanın ona bir övlad hədiyyə etdiyini və bu övladın onun bədəninə birləşdiyini görür. O yuxunu övladının gələcəkdə oğlan olması və eyni zamanda ruhani olması ilə də əlaqələndirir.

Təhsil illəri

Ibtidai təhsilini Qumun "Sənai" mədrəsəsində başladı və hörmətli atasının zalım rejim tərəfindən Yəzd şəhərinə sürgün edilməsinə görə öz təhsilini orada davam etdirir. Sonra Quma qayıdır. Günün təcrübi elmlərinin atesstatını alana qədər dərslərini davan etdirir. Orta məktəb dərsləri ilə bərabər 1356-cı şəmsi ilində hövzə dərslərinə başlayır. Rəsmi hövzə dərslərinin çoxu o zamanda İran xalqının islami hərəkatına görə tətil edilmışdi. Buna baxmayaraq o, hövzə ustadlarının xüsusi dərslərində ciddiyətlə iştirak edərək qısa bir zamanda ibtidai hövzə dərslərini başa çatdırır və 1361-ci şəmsi ilində üsul və fiqhin ali xaric dərslərinə başlayır.

  Ustadları

Öz təhsil illərində bir sıra görkəmli alimlərin hüzurundan yüksək dərəcədə bəhrələnir. Qrammatika dərslərini hal-hazırda da hövzənin məhşur ustadlarından sayılan Bigdelinin yanında öyrənir. Rəsail” və “Kifayə”nin 2-ci cildini Ayətullah Seyid Rəsul Musəvi Tehrani və Ayətullah Etimadinin dərslərində iştirak edərək mənimsəyir. “Məkasib” kitabını da həmçinin xüsusi şəkildə Ayətullah Payanidən öyrənir. İbtidai hövzə dərslərini axıra çatdırdıqdan sonra ixtisasi və ictihadi müzakirələr üçün hörmətli atasının dərslərində iştirak edir. 15 il atasının hüzurundan bəhrələnir və 7 il müddətində isə mərcəi-təqlid Ayətullah-üzma Vəhid Xorasaninin hüzurundan istifadə edir. Həmçinin bir neçə il fiqh dərslərini də həzrət Ayətullah Seyid Kazım Hairidən alır.

Əqli elmlər bölməsində ( məntiq, fəlsəfə və s.), həmçinin “Şəfa”, “Əsfar”, “İşarat” və təfsir dərslərini görkəmli alimlər Ayətullah Həsənzadə Amuli və Ayətullah Cavadi Amulinin hüzurunda kəsb edir. Bununla yanaşı "Astronomiya" elmini Ayətullah Həsənzadə Amulidən öyrənmişdir.

 Tədrisi:

Görkəmli alim təhsillə bərabər tədris etməyə də xüsusi diqqət yetirmişdir. O, 25 ildən artıq tədris kürsüsündə əyləşmiş və saysız-hesabsız fəzilətli tələbələr onun elm mənbəyindən istifadə etmiş və edir. 5 dəfə “Məalim”, 3 dəfə “Üsul-fiqh”, bir neçə dəfə “Şərhi-lümə”, 3 dəfə “Məkasib”, 4 dəfədən artıq “Kifayətul-üsul” kitablarını tədris etmişdir. Bu gün 13 ildir ki, üsul və fiqhin ali xaric dərslərinin tədrisi ilə məşğuldur. Və onun dərsləri hövzənin tələbə və görkəmli şəxsləri arasında dolğun və dərin mənalı dərslər ünvanı ilə tanınmaqdadır.

Bundan əlavə böyük alimin dərslərində iştirak etməyə fürsət tapmayanlar üçün dərslər lentə alınaraq tədqiqatçıların ixtiyarına verilir. Səs yazıları və dərsin mətnləri hər gün www.fazellankarani.com internet saytında yerləşdirlir. Tədqiqatçılar və görkəmli şəxslər ondan bəhrələnir.

Əsərləri:

Böyük ustad tədrisdən əlavə elmi məqalə və kitablarada xüsusi diqqət yetirmişdir. Böyük elmi konqresslərdə, o cümlədən Şeyx Ənsari adına olan konqressdə, Müqəddəs Ərdəbili və İmam Xomeyni adına konqressdə fəal iştirak etmiş və müxtəlif elmi məqalələr təqdim etmişdir. Onların hamısı çap olunmaqdan əlavə, nümayiş səhnəsində də qiraət olunub. Qeyd olunanlardan əlavə fiqh, üsul və Quran bəhslərinə aid müxtəlif elmi əsərləri də çap olunmuşdur.

Görkəmli alimin yeni məsələlər və layihələrin üzərində işləməsi onun təqdirəlayiq xüsusiyyətlərindən biridir. Ictihadda zaman və məkanın təsiri, təlif haqqı, süni mayalanma, Məscidül-Həramın birinci mərtəbəsindən başlayaraq təvaf etmək, ayın görünməsində teleskopdan istifadə və s. “yeni məsələlər”in nümunələrindəndir. Həmçinin bu kimi elmi məsələlər haqqında ayrı əsərləri də işıq üzü görmüşdür. O əsərlərdə üsul və fiqh elmində çoxlu yeniliklər nəzərə çarpır. Bu bəhslərin geniş izahı onun kənarında yeni məsələləri qələmə almaq ustadın digər xüsusiyyətlərindəndir. Fiqh qanunlarına aid kitabları “La hərəc""Zimanul-yəd” bunun bariz nümunəsidir.

Quran bəhslərinə və əhkam ayələrinin – xüms, hicab, nikah ayələrinin dolğun və genişmənalı tədrisi və mövcud şübhələrə cavablar böyük alimin digər konsessiya sahibi olduğu və üstünlüyüdür.

Hacı Şeyx Məhəmməd Cavad Lənkərani cənabları 1376-cı şəmsi ilində hörmətli atası tərəfindən “mütləq ictihad” icazəsi almaqdan əlavə, Qum ali elmi hövzə şurası tərəfindən 13/8/1381-ci il tarixdə fiqh və üsul ixtisası üzrə (yəni ictihad dərəcəsi) 4-cü səth diplomunu almışdır.

 Elmi və mədəni fəaliyyətləri:

O özünün elmi müzakirələrinə böyük səy göstərməklə yanaşı, müxtəlif ölkə və şəhərlərdə şiə mərcəiyyətinin idarələrinin müxtəlif şöbələrinin məsuliyyətini öz üzərinə almışdır. Hörmətli ustad atasının hər cəhətdən etimad və təsdiq etdiyi şəxsdir. Belə ki, atasının 15 illik mərcəiyyət dövründə şəri, həmçinin internet saytına gələn suallar və ona verilən cavablar o böyük mərcəi-təqlidin göstərişinə əsasən oğlu tərəfindən də təsdiqlənməli idi.

Bundan əlavə on dörd məsumun (ə) adına olan "Əimmeyi-Əthar (ə) Fiqhi Mərkəzi"nin ali idarəçiliyi onun öhdəsindədir. Bu mərkəz fiqh və ictihad zəminində ilk yaranan mərkəzdir. 1376-cı ildə həzrət Ayətullah-üzma böyük Fazil Lənkəraninin göstərişi ilə təsis edilmişdir. Müasir zamana agah olan dini alim və müctəhidlərin yüksək səviyyədə formalaşmasını öhdəsinə götürən dini bir qurumdur. Belə ki, gənc nəslin dini və fiqhi ehtiyaclarına olduğu kimi cavab verə bilsinlər. Hal-hazırda bu mərkəz Qumda nüfuzlu və hörmətli alimlərin  diqqət və istifadə yeri sayılan mühüm elmi mərkəzlərdən biridir. Orada elmi maariflənmədən əlavə üsul və fiqh elminə məxsus kitabxana mövcuddur. Nəzər sahiblərinin fikrinə əsasən bu ixtisasda ən varlı və geniş imkanatlı kitabxanalardan sayılır. Bu mərkəzdə bunlardan əlavə tədqiqat şöbəsi də diqqət mərkəzində olan digər işlərdəndir. Tələbələr təhsildən əlavə  üsul, fiqh, rical, təfsir və s. elmləri barədə tədqiq və araşdırma ilə də məşğul olur.

Əimmeyi-Əthar (ə) Fiqhi Mərkəzindən başqa 1379-cu ildə Qum elmi hövzəsində ilk təşəbbüs olaraq əlaçı və istedadlı tələbələrin öz ixtisaslarında inkişafı üçün mərhum atasının göstərişi ilə elmi-tədqiqat qrupları təşkil etdi. Belə ki, bu gün də saysız-hesabsız bərəkət və təsirləri hövzədə davam edir və istedadlı tələbələrin mənəviyyatında öz təsirini qoymaqdadır.

Yuxarıda sadalanan mövzulardan əlavə, görkəmli ustad mərhum atasının canişini və vəsisi olmuşdur. Bütün elmi və maliyyə işlərini ona həvalə etmişdir. Hazırda da atasının vəfatından sonra iki ildir ki, Qum və Məşhəd şəhərlərində, Əfqanıstan və Suriyada fiqhi mərkəzlərin fəaliyyətləri keçmişdəkindən də uğurla davam etdirir. Həmçinin o mərhum mərcəi-təqlidin dəftərxanası, müqəllidlərinin istək və tələblərinə əsasən əvvəldə olduğu kimi açıqdır. Bununla da xalqın şəri sual və ehtiyaclarına cavab verir.

Siyasi fəaliyyətləri:

Ustad İran xalqının uzun illər boyu mübarizəsində onlarla birgə olmuşdur. Atası Yəzd şəhərinə sürgün olunandan sonra, yeniyetməlik yaşında, yəni ibtidai sinifdə ikən, Aşura günündə Yəzd şəhərinin Məhəmmədiyyə məscidində imam Hüseynin (ə) inqilabının hədəfləri barədə məqalə oxumuşdur. Həmin zaman məclisdə iştirak edən “Təhlükəsizlik idarəsinin” (SAVAK) rəisi çox qəzəblənmişdir. O, mərhum atasının sürgün illərində onunla birgə olmuş, inqilabın mühüm məsələlərindən agah idi. İslam inqilabının qələbəsindən sonra da keçmişdəki kimi inqilabın müdafiəsində olumuşdur. Eyni zamanda səkkiz il müharibə dövdündə də cəbhələrdə yorulmadan davamlı şəkildə iştirak edirdi.

Görkəmli alim 1374-cü şəmsi ilində tanınmış alimlərin dəvəti ilə Qum elmi mərkəzində “Cameye-müdərrisin”ə (Ali ustadlar şurasına) aparıcı qüvvə kimi üzv seçildi.

116