pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Müvəqqəti izdivacın təbliğ edilməsi caizdirmi
Tarixində 19 November 2017 & Saat 19:12

Salamun aleykum
Sual: Bəziləri müvəqqəti izdivacı təbliğ etməklə məşğuldurlar, belə ki, hətta bəzi hallarda məscid əhlinin bu məsələyə çox meyilli olması və bir sıra cavanların bu məsələdən sui-istifadə etməsi nəticəsində başqa məzhəblər, xüsusən də vəhhabilər biz şiələrə tənə vururlar, bu barədə nəzəriniz nədir?


Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Diqqət edilməlidir ki, müvəqqəti izdivac caizdir, lakinvacib deyil. Ona görə, əgər onun təbliği düşmənlərin sui istifadəsinə səbəbolursa, onun təbliğindən çəkinmək lazımdır.

Müvəqqəti izdivacı Qurani-Kərim və hədislər caizbildirir; Qurani-Kərim Nisa surəsinin 24-cü ayəsində buyurur:

فَمَااسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ

“Mütə (müvəqqətievlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir”

Bu mübarəkayə mütə və siğənin halal olmasına dəlalət edir.

Bəli, Şiə vəsünni alimlərinin arasında nəzər müxtəlifliyi vardır: Şiə alimləri Quranın ayəsi,Peyğəmbərin (sallallahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussəlam)buyurduqlarına mütabiq olaraq, şəraitini riayət etmək şərti ilə siğəni caizbilirlər. Amma əhli-sünnə alimləri iki dəstədirlər, onlardan bir qrupu yuxarıdaqeyd edilən müqəddəs ayənin dəlalətinə əsasən, müvəqqəti izdivacın şəriətdəolmasını qəbul edirlər, bu zəmində rəvayət də çoxdur.

Lakin əhli-sünnəninəksər alimləri onu caiz bilmirlər və sözlərinin əsası Ömərin dediyi bu cümlədir:

متعتان كانتا علي عهد رسول الله صلّي الله عليه وآله وسلّم و أناأنهي عنهما واعاقب عليهما

Yəni Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında iki mütəvardır, lakin mən onların hər ikisindən nəhy edib çəkindirirəm. Əgər bir kəsonu etsə, o şəxsi cəzalandıracam; o iki mütədən biri qadınların mütəsi, digəriisə həcc mütəsidir ki, ona təməttu` həcci də deyilir.

Bu sözün özümütənin İslam dinində həqiqətən sabit və caiz olmasını sübuta gətirən aşkar birsübut və dəlildir. Mütənin Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə şəriətimizdəolması bu cümlədən yaxşı məlum olur, lakin Ömər onu qadağan etmişdir. Halbukiİlahi əhkamı dəyişməyə Ömərin haqqı və səlahiyyəti yoxdur və onun bu əməli dindəbid`ət sayılır.

Bu hədisin mənbəyibarəsində aşağıdakı kitablara müraciət edə bilərsiz:

“Müsnəd”,Əhməd Hənbəl, 1-ci cild, səh. 52; “Kənzul-Ummal”, 16-cı cild, səh. 519;“Əl-İstiğasə”, səh. 72; “Əl-İzah” səh. 99; “Şərh Nəhcul-Bəlağə”, İbn Əbil Hədidcild-12, səh 252.

Əgər Vəhhabiləronu Şiə məzhəbi üçün təhqir hesab edirlər, onda gərək Qurani-Kərimi də qəbuletməyələr ki, çünki Qurani-Kərim bu hökmü təsdiq edir. Ömərin dediyi yuxarıdakıbu rəvayətə əsasən, gərək qəbul etsinlər ki, Peyğəmbərin (sallallahu əleyhi vəalih) zamanında bu hökm şəriətdə caiz olmuşdur və İlahi hökmü dəyişmək səlahiyyətinəmalik olmayan bir şəxsin vasitəsi ilə qadağa edilmişdir. Demək, bu hədisin özü əhli-sünnəməzhəbinin və Vəhhabilərin özlərinə böyük bir təhqirdir.

Müvəqqətiizdivacın fəlsəfəsi cəmiyyət arasında fəsad, günah və nalayiq əməllərinqarşısının alınmasıdır. Daimi izdivac etmək şəraiti olmayan cavanlar üçün mütəbir zəmindir, həmçinin əri ölmüş və dul qalmış qadınlar üçün şəhvət hissləri təsirinəticəsində təziqə məruz qalmamaq üçün müvəqqəti evlənmək bir həll yoludur.

Məlumdur, hər bir işdə mümkündür bəzi insanlarsui-istifadələr etsinlər, lakin əgər müvəqqəti evlənmə doğru surətdə yerinəyetirilsə, elə sui-istifadə edənlərin qarşısı alınacaqdır, hərçənd bu zəmindəolan sui-istifadələr haram və qeyri-şəri yollarla cinsi rabitədə baş verəngünahlarla müqayisədə dəfələrlə azdır.

Hər halda müvəqqəti izdivac cəmiyyətin saflığına vəinsanların günahdan uzaq qalmasına səbəb olan amildir və mütə vasitəsi iləcamaat arasında zina və nalayiq cinsi rabitələrin kökü kəsilir. Ona görə də həzrətİmam Əli əleyhissəlam buyurur: “Əgər Ömər müvəqqəti izdivacı qadağa etməsəydi,alçaq və bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.”

Təəssüflər olsun ki, Ömərin məcburi surətdə müvəqqətiizdivacı cəmiyyətdə  qadağa etməsindənsonra zaman ötdükcə camaatın nəzəri bu məsələyə bədbin olmuşdur. Cəmiyyətdə fəsadınqarşısını almaq üçün mütəni rəvac verməkdən ötrü camaat arasında ilk növbədəmaariflənmə işləri aparılmalıdır və nə qədər ki, düzgün maariflənmə və agahlıqbaş verməyibdir, düşmənlərin sui-istifadəsinə çevrilən müvəqqəti izdivacın xalqarasında təbliğ edilməsi doğru iş deyildir.

Əhli-sünnəarasında da müvəqqəti izdivaca bənzər “misyar” adlanan bir izdivac qaydasıvardır. Quranda və rəvayətdə heç bir əsası olmayan, eləcə də şəriət baxımdanevlənmə şəraiti ilə uyğun gəlməyən, bir sıra əhli-sünnənin bidət qoyduğu buqayda şəriət baxımdan haram və batildir. Onlar gərək bu izdivac qaydasına tənəvurub onu rədd etsinlər, nəinki Quranda və sünnədə şəraiti ilə qeyd edilmiş müvəqqətiizdivac. 

Müvəffəq olasınız!

762 Görüş