Sualınızı soruşun

29 March 2024 Saat 20:09

Salamun aleykum Qurani-kərimdə müqəddəs ayələrin Ramazan ayında nazil olması göstərilir. Lakin eyni zamanda Rəcəb ayının 27-si Rəsuləllahın (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü kimi, yəni Məbəs günü olaraq qeyd edilir, görəsən, Qurani kərim Məbəs günü və ya mübarək Ramazan ayında nazil olmuşdur?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

“Məbəs” (Peyğəmbərimizin (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü), bizim nəzərimizə görə Rəcəb ayının 27-si baş vermişdir.

Amma sünni alimlərinin baxışları fərqlidir. Onlar, zahirən Peyğəmbərimizin (sallallahu əleyhi və alih) təvəllüdü və Məbəs gününün eyni olmasına etiqadlıdırlar. Arada bizə irad tuturlar ki, siz bu tarixi, hörmətli İslam Peyğəmbərinin (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü elan etmisiniz halbukı Qurani kərim bu gündə nazil olmuşdur. Çünki Allah-təala Qurani kərimdə  buyurur:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

Yaradan Rəbbinin adı ilə oxu! “Ələq” surəsi, ayə 1;

Həmçinin, yenə də öz Qurani kərimdə buyurur:

شهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ

“Quran Ramazan ayında nazil edilmişdir.” “Bəqərə” surəsi, ayə 185.

Bu məsələdə zahirdə ziddiyyət vardır, lakin həqiqət budur ki:

“İki növ nazil olma, cəm formasında (birdəfəlik nazil olma) və tədrici nazil olma vardır. Quranın cəm formasında nazil olması mübarək Ramazan ayında baş vermişdir. Amma onun tədrici nazil olması “Məbəs” günündən başlamışdır. Bu kitabın tədrici olaraq “Məbəs” günündən nazil olması və mübarək Ramazan ayında isə cəm formasında nazil olması ilə heç bir maneəsi yoxdur”.

Mərhum Əllamə Təbətəbai də “Əl-mizan” kitabında yazır: “Quranın cəm formasında nazil olması ilə onun tədrici nazil olması fərqlidir. Quranın “Məbəs” günündə nazil olmasına hər hansı bir dəlil yoxdur. Çünki bu gündə İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) yalnız peyğəmbərlik məqamına çatmışdır. “Məbəs” günündə Quranın nazil olmasına qail olanlar Aişədən rəvayət nəql edirlər, halbuki Aişə o zaman hələ dünyaya gəlməmişdi”.

Müvəffəq olasınız!

 

کلمات کلیدی :

Qurani kərimin nazil olması Məbəs günü Mübarək Ramazan ayı

۴,۳۲۱