pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Xums haqda
Tarixində 15 November 2019 & Saat 17:39

1-Mərhum Fazil Lənkarani ağanın nəzərinə görə borcu olan və bir neçə il bu borcu ödəyən adama xums vacibdirmi? Əgər vacibdirsə məsələni bilməməzlik uzundən xums verməyibsə vəzifəsi nədir?
2)Sabit qazancı olmayan adam xumsu necə hesablamalıdır?
3) Dovlət tərəfindən əlillik və ya qocalığa görə verilən təqaüdlərə xums gəlirmi?
4) Əgər ər və arvad qazanclarını birləşdirirlərsə xumsu da birləşdirib verə bilərlərmi?

1. Əgər bir şəxsin ehtiyat pulu olarsa və üstündən bir il ötərsə və  onun xumsunu verməsə nə vaxt məsələdən xəbərdar olsa gərək onun xümsünü versin və əgər bilməsə keçmiş illərdə nə qədər ehtiyatda pulu olub və xumsunu verməyibsə mərceyi-təqlidinin nümayəndəsi ilə borcunu qaytarıb əldən ələ vermək qaydasi ilə hesablaşa bilər.

2. Verilən suala əsasən özünün hər gəliri üçün ayrıca il qərar verə bilər. Gəlir gəldiyi tarixdən növbəti ilin həmin vaxtına qədər əgər istifadə olunmasa xums düşür.

Həmçinin özünün bütün gəliri üçün müəyyən bir tarixi xums ili adı ilə nəzərdə tuta bilər və xums ili çatanda əldə etdiyinin hər miqdarının xumsunu  ödəməlidir.

3.Üstündən bir il ötüb xərclənməyən təqaüd pulunun xumsu vardır. Veteranların və əlillərin hüquqları da  bir il ötərsə və xərc olunmazsa ehtiyat-vacibə əsasən xumsu vardır.

4.Bəli şərik olduqları pulun xumsunu həmin puldan bir-birinin razılığı ilə ödəyə bilərlər.

 

996 Görüş