Sualınızı soruşun

09 December 2024 Saat 08:23

Dostlarla söhbətimizdə bir neçə sual müzakirə olundu və istəyirəm ki, onların cavabını sənədi ilə sizdən öyrənim. (Əgər bu sənədlər əhli-sünnənin mötəbər kitablarından olsa daha yaxşı olar.) Niyə mohür ilə namaz qılırıq? Bununla bağlı hədis və ya Quran ayəsi varmı?

پاسخ :

Şiə baxımından ən mötəbər və vacib sayılan məsələ budur ki, torpağa (yer üzərinə), daşa, mədənə yer üstündə bitən (yeməli, içməli, geyməli şeylər istisna olmaqla) bitkilərə səcdə etmək olar. Elə buna görə də əgər çöldə namaz qılan şəxs səcdə halında alnını torpağa qoysa, namazı düzgündür.

Səcdə haqqında olan bir çox məsələlərdə əhli-sünnə ilə şiənin nəzəri eynidir. Çünki hər iki məzhəb torpağa, daşa, ağaca və yeməli-geyməli olmayan başqa şeylərə səcdə etməyi caiz bilirlər. Amma şiə bunlardan qeyrisinə səcdə etməyi caiz bilmir. Səcdənin torpağa yaxud yuxarıda qeyd olunanların birinə edilməsi vacibdir.

Bu məsələnin dəlili bizə gəlib çatan rəvayətlərdir:

İmam Sadiq (ə) buyurur: “Yer pambıq və kətandan başqa yerdə bitənlərə səcdə etmə!1

Zürarə imam Baqirdən) soruşdu: “Qıra səcdə etmək olarmı?” İmam (ə) buyurdu: “Xeyr! Paltara, yuna, yeməli meyvələrə, mədəndən olan şeylərə (mineral olan şeylərə), heyvan üzvlərinə, quşların qanadına da səcdə etmək caiz deyil.”2

Əli ibn Cəfər qardaşı Musa ibn Cəfərdən (ə) soruşdu: «İnsan ipək xalça və ipək canamaz, eləcə də güllü ipək parçadan olan xalça və canamazdan istifadə edə bilərmi? Yəni onların üstündə yatsın, söykənsin, dursun, namaz qılsın? İmam (ə) buyurdu: “Yatmaq, oturmaq və başqa istifadələrin heç bir eybi yoxdur, amma onların üstündə səcdə etmək olmaz.”3

Şeyx Tusi (r.ə) nəqil edir: «Şiə fəqihlərinin hamısıın nəzəri yerə səcdə etməkdir. Ehtiyata əsasən də yerə səcdə olmalıdır. Ancaq əhli-sünnə pambıq, kətan, tük və yuna səcdə etməyi caiz bilirlər. Amma onların nəzəri ehtiyatın əksinə və Peyğəmbər (s), Əhli-beytdən (ə) olan hədislərlə müxalifdir

 

 

 

“əl-Fiqhu ələl məzahibil-ərbəə” kitabında qeyd olunmuşdur:

Hər bir şeyin üzərinə, hətta başa bağlanan şal olsa belə, səcdə etmək caizdir. Lakin pak olmaq şərti ilə. Amma Əbu Hənifənin ardıcılları başa bağlanan şala zərurət halında səcdədə etməyi məkruh bilir. İmamiyyə isə caiz bilmir və səcdənin torpağa (yer üzərinə), daşa, mədənə yer üstündə bitən (yeməli, içməli, geyməli şeylər istisna olmaqla) bitkilərə olmasını qəbul edir. 1

Buna əsasən əhli-sünnə xalçanı, xalını və keçəni yer sayırlar. Amma xalını və keçəni yer saymaq olmaz. Bu ehtiyata ziddir.

Peyğəmbərin (s) zamanında torpağa (yer) səcdə etmək məsələsi var idi. Rafe ibn Əbi Rafe Peyğəmbərdən (s) nəql edir: Həzrət Rəsul (s) buyurdu: «Namazlarınız səcdədə alnınızı yalnız yerə qoyduğunuz zamana kamil və düzgün sayılır2

Başqa bir rəvayətdə buyurur: Yer mənim üçün səcdə yeri və təharət vasitəsi (məsələn; təyəmmüm) qərar verilmişdir.3

Yaxud başqa bir ibarə ilə buyurur:Yer mənim üçün təharət vasitəsi (məsələn; təyəmmüm) səcdə yeri qərar verilmişdir.”4

Ümmü Sələmə Peyğəmbərdən (s) nəql edir: Peyğəmbər (s) Əfləh adlı şəxsə xitab edərək buyurdu: “Ey Əfləh, üzünü torpağa sürt!»5

Peyğəmbərin zamanında bəzi səhabələr daşa səcdə edirdi. Cabir ibn Abdullah Ənsari və Məsruq ibn Əcdə istər vətəndə,istərsə də səfərdə bu işi görürdü.6

Eləcə də müsəlmanlar Mər dağının daşlarından bir parça götürür, ona səcdə edirdilər.

Bu sözlər torpaq və türbət gəzdirən müsəlmanlara tutulan iradların açıq-aydın əsassız olduğunu sübut edir və məlum olur ki, İslamın böyük səhabələri də belə hərəkət etmişlər.7

Tarixi baxımdan da Peyğəmbər(s) Mədinəyə hicrət edəndə məscidin tikilməsinə göstəriş verdi. O vaxt məscidin xalçası yox idi və Peyğəmbər məscidin yerinə,  torpağının üstündə səcdə edirdi. Əbu Bəkir, Osman, Ömər və həzrət Əlinin (ə) zamanında da məscidin döşəməsinə səcdə edirdilər.

Nəticə etibarı ilə Peyğəmbər (s) və İslamın ilk günlərində olan müsəlmanların səcdələri torpağa idi. Buna əsasən torpağa səcdə etmək məsələsində heç bir şübhə yoxdur və səhihdir. Şiələrin torpağa səcdə etməsi, Peyğəmbərdən (s) təqlid etmələri mənasındadır.

 

Şiələrin möhürə səcdə etməsinin səbəbləri:

Birincisi; Məscidlərdə və evlərdə torpağa səcdə etmək çətin olduğu üçün torpağı möhür şəklinə salırlar. Beləliklə səcda məsələsi asanlaşır və təmizlik olur.

İkincisi; Rəvayətlərdə imam Hüseynin (ə) türbətinə səcdə etmək bəyənilmiş əməllər sırasındadır bu işə təşviq olunmuşdur.

Üçüncüsü; Başqa bir tərəfdən səcdə edilənyerin hər növ nəcasətdən pak olması şərtdir və nəcis olan yerə səcdə caiz deyildir. Buna görə şiələr pak olan torpağdan (möhür) bir parça özləri ilə gəzdirirlər ki, namaz qılarkən pak torpağa səcdə etsinlər. Çünki səcdə etmək istədikləri yerin pak ya nəcis olduğunu bilmirlər. Elə buna görə paklığına yəqin etdikləri pak torpağdan bir parça seçirlər ki, ona səcdə etsinlər.

Buna əlavə olaraq, səcdə Allahın hüzurunda (müqabilində) “xüzu” və “xüşu” anlamına gəldiyi üçün namaz qılan şəxs öz bədəninin ən gözəl əzası olan alnını yerə qoymalıdır. Nəticə etibarı ilə ibadət halında başı torpağa qoymaq Allahın qarşısında daha çox təvazö və acizliyə dəlalət edir.



1           ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

2              ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

3              ”Tətbiqi fiqh”, səh.94

1           ”əl-Fiqhu ələl məzahibil-ərbəə”, c.1, səh.232, Beyrut çapı, Darul-fikr

2              ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

3           ”Biharul-ənvar”, c.16, səh.6 və316

4              ”Biharul-ənvar”, c.16, səh.308

5              ”Kəzül-ümmal, c.7, səh.460, 19777, 1977819779-cu hədislər

6           ”Sünəni-Beyhəqi”, c.1, səh.439, ”Təbəqatul-kübra”, c.6, səh.79

7              Şpasox midəhəd”, Seyid Rza Hüseyninəsəb, səh.108

کلمات کلیدی :


۲۸,۴۸۳