pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Peyğəmbərlərin isməti və məsum olmaları dəlilləri
Tarixində 21 September 2019 & Saat 18:05

Salamun aleykum
Peyğəmbərlərin (əleyhimussəlam) ismətli və məsum olmalarına əqli və nəqli dəlillər deyə bilərsizmi?

Salamun aleykum

1-Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) və on iki imam (əleyhimussalam) dinin müqəddəs və İlahi şəxsiyyətləridir.

2-Allah taalanın izni və Pərvərdigarın onlar üçün məsləhət bildiyi qədər qeyb elmindən xəbərdar olmuşlar. Yəni hər istədikləri vaxtda Allah taalanın izni ilə qeybdən xəbərdar olurdular.

3-Ənbiyanın ismətinə, eləcə də səhv və xəta üzündən baş verə bilə günahlardan uzaq olması etiqadı Məsum imamların (əleyhimussəlam) öz ardıcıllarına öyrətdikləri və öz müxalifləri qarşısında həmişə bəyan etdikləri məşhur və qəti əqidələrdəndir.

Ənbiyanın isməti və məsum olmalarına əqli dəlillər

Ənbiya və Peyğəmbərlərin (əleyhimussəlam) bütün günahlardan uzaq və məsum olmalarını sübut edən əqli dəlillərdən birincisi;

Allah taalanın Ənbiyanı insanlar üçün məbus edib onları həqiqətlərə və öz vəzifələrinə tərəf yol göstərmək, İlahinin təyin buyurduğu ən əsas hədəflərdəndir. Peyğəmbərlər həqiqətdə, insanları düz yola hidayət etmək üçün Allah taalanın xalqlar arasında olan səlahətli nümayəndədirlər. Deməli, əgər belə etimadlı və səlahiyyətli nümayəndələr və rəsullar İlahi əmrləri tam riayət etməzlərsə və özləri gətirdikləri ayin və qanunlara əməl etməzlərsə, onların əməlləri dediklərinin tam ziddi olaraq tələqqi ediləcəkdir və  xalq onların bəyan etdiklərinə etimad etməyəcəklər. Nəticədə isə onların insanlar üçün göndərilməsi hədəfi tam şəkildə öz həqiqətinə çatmayacaqdır.

Peyğəmbərlərin (əleyhimussəlam) məsum olmaları dəlillərində ikincisi budur ki, Peyğəmbərlər (əleyhimussəlam) öhdələrinə olan vəhy və risalətin ancaq ehtiva etdiyi məsələləri xalqa çatdırıb düz yolu onlara göstərmək vəzifəsindən əlavə, eləcə də insanların təlim-tərbiyəsi, paklığı və təmizliyi üçün də çalışmalıdır. Belə vəzifələrin öhdəsindən gəlmək isə o şəxslərin işidir ki, onlar özləri insaniyyətin kamal dərəcələrinə çatsınlar və ən yüksək mənəvi və nəfsani səciyyələri fəth etmiş olsunlar, yəni məsumluq məqamına yetişsinlər.

Bundan əlavə, ümumiyyətlə başqalarını tərbiyə etmək vəzifəsini daşıyan şəxsin rəftarının təsiri onun söz və danışığından daha çoxdur. Əgər bir şəxsin rəftar və əməlin nöqsan və çatışmamazlıqlar olarsa, şübhəsiz ki, danışıq və kəlamı da lazımlı təsirə malik olmayacaqdır. Deməli, Peyğəmbərlərin (əleyhimussəlam) Allah taala tərəfindən cəmiyyəti tərbiyə etmək üçün göndərilməsi hədəfi yalnız o zaman tam və kamil şəkildə öz həqiqətini tapar ki, onlar özləri əməl və danışıq cəhətdən hər növ çatışmamazlıq və nöqsandan uzaq olsunlar.

Ənbiyanın isməti və məsum olmalarına nəqli dəlillər

1- Müqəddəs Quran-Kərim bir qrup insanları “muxləs” (Allah taala üçün xalis olmuş) adlandırmışdır. Diqqət edilməlidir ki, muxləs kəlməsinin muxlis kəlməsi ilə məna fərqi fardır. Muxləs sözünün mənası budur ki, o şəxsi Allah-taala Özü onu xalis etmişdir, amma muxlis sözünün mənası isə belədir ki, insan öz əməllərini ixlasla yerinə yetirir.

Muxləs insanı hətta İblis də yoldan çıxarmaq fikrinə düşmür. O, elə ki, Adəm övladlarının hamısını yoldan çıxarmağı and içir, muxləs olanları müstəsna etmişdir. Belə ki, Quranın Sad surəsində (82-83) –cü ayələrdə onun dili ilə buyurur:” قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِين. إِلاّ عِبادَكَ مِنْهُمُ الُْمخْلَصِين” –Yəni, şübhəsiz İblisin Peyğəmbərləri (əleyhimussəlam) yoldan çıxarmağa əlaqəli olmaması, Peyğəmbərlərin paklığı və hər növ xoşagəlməzlikdən uzaq və pak qalmalarıdır. Bir halda ki, o başqaları ilə düşmənlik etdiyi kimi Peyğəmbərlərlə də düşmən olmuşdur və əgər imkanı olsaydı, heç zaman onlarla düşmənlikdən əl götürməzdi. 

Bu baxımdan, elə məsum sözünün mənası ilə bir olacaqdır. Necə ki, Quran-Kərim bir sıra Peyğəmbərləri muxləs adlandırıb buyurur: وَ اذْكُرْ عِبادَنا إِبْراهِيمَ وَ إِسْحاقَ وَ يَعْقُوبَ أُولِي الْأَيْدِي وَ الْأَبْصار. إِنّا أَخْلَصْناهُمْ بِخالِصَة ذِكْرَى الدّار – (Sad surəsi, ayə 45-46) Yəni, (Ey Rəsulum!)   Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları özünəməxsus xislətlə xalis etdik və bu onların axirəti xatırlayıb dərk etmələridir.

Başqa bir ayədə buyurur: وَ اذْكُرْ فِي الْكِتابِ مُوسى إِنَّهُ كانَ مُخْلَصاً وَ كانَ رَسُولاً نَبِيّا (Məryəm surəsi, ayə 51) (Ya Rəsulum!) (Səmavi) Kitabda Musanı da yad et! Həqiqətən o, muxləs, Rəsul və nəbi idi.

Eləcə də Yusuf surəsinin 24-cü ayəsində Həzrət Yusufun (əleyhissəlam) çox çətin sınaq şəraitində özünü qoruyub günahdan saxlaya bilməsi səbəbini onun muxləs olması ilə əlaqələndirib buyurur: كَذلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَ الْفَحْشاءَ إِنَّهُ مِنْ عِبادِنَا الُْمخْلَصِين – Biz pisliyi və fəhşanı ondan uzaqlaşdırmaq üçün belə etdik. O, həqiqətən, Bizim muxləs bəndələrimizdəndir!

2- Quran-Kərim Peyğəmbərlərə (əleyhimussəlam) itaət etməyi birmənalı şəkildə vacib etmişdir. Mütləq şəkildə onlara itaət etmək bir halda düzgün olar ki, Peyğəmbərlərə itaət etmək elə Allah-taalaya itaət etməklə üst-üstə düşsün və onların yollarını davam etdirmək Allah-taalaya itaət etməklə təzadlı olmasın. Qeyri halda, yəni əgər Peyğəmbərlərin xəta və səhvə düşməsi ehtimalı olarsa, insanın Allah-taalaya mütləq şəkildə itaət etməsi ilə bərabər, xəta və səhvlərə düşə bilən insanlara da mütləq olaraq itaət etməsi əmri bir-biri ilə təzadlı və əks olan tələb kimi qiymətlənməlidir.

3- Quran-Kərim İlahi mənsəb və məqamları “zülmə” mürtəkib olmayan şəxslərə ixtisas vermişdir. İmaməti öz övladları üçün istəyən Həzrət İbrahimin (əleyhissəlam) sualı qarşısında buyurur: لا يَنالُ عَهْدِي الظّالِمِين (Sənin nəslindən olan) zalimlər Mənim əhdimə (İmamlığıma) nail olmazlar! Bunu da bilirik ki, hər bir günah ən azı insanın öz nəfsinə zülm etməsidir və Quran-Kərimin baxımından hər bir günahkar zalım adlanır. Deməli, Peyğəmbərlər (əleyhimussəlam), yəni İlahi risalət və nübuvvət məqamlarının sahibləri də hər növ zülm və günahdan uzaq və pak olmalıdırlar.

4- Bütün Peyğəmbərlər (əleyhimussəlam) istər düşünülmüş, istərsə də səhvlə edilən günahlardan uzaq və pak olmuşlar.

1337 Görüş