Sualınızı soruşun

23 April 2024 Saat 20:40

Sual: Əgər namaz qılarkən uşaq möhürü götürüb aparsa naçar qalıb xalçanın üzərinə səcdə edə bilərikmi?

پاسخ :


Bismilləhir Rahmənir Rahim

Sualın cavabı:

Salamun aleykum

İxtiyar və təqiyyə olmayan surətdə xalçaya səcdə etmək batildir.

Əgər namaz əsnasında uşaq möhürü götürərsə və əgər pak daş, yaxud kağız və ya pak taxta parçası və yaxud yer üzündə bitən və insanların geyimində işlənməyən otlar yaxınlıqda olarsa, onlara səcdə etsin. Amma üzərinə səcdə etmək səhih olan bir şey olmazsa, əgər namazın heyəti qorunub saxlanarsa və qiblədən də dönmərsə, iki-üç addım atmaqla möhür götürə bilərsə, gərək möhürü əldə edib namazını davam etdirsin. Əgər namazın surəti dəyişmədən möhürü uşaqdan götürmək mümkün olmazsa və namaz qılmaq üçün kifayət qədər vaxt olarsa, gərək namazı saxlayıb möhürü götürsin və namazını qılsın. Amma əgər namazın vaxtı təng olarsa bu surətdə əgər paltarı kətan və pambıqdan olsa, gərək paltarının bir hissəsinə səcdə etsin və əgər paltarı başqa növ parçadan olsa elə həmin paltara səcdə etsin. Amma əgər bu da mümkün olmazsa, əlinin arxasına, o da mümkün olmasa ehtiyata əsasən mədən qazıntılarından, məsələn əqiq daş kimi ələ gələn əşyanın üzərinə səcdə etsin.

 

کلمات کلیدی :

Qeyri-möhürə səcdə etmək

۲,۲۵۶