Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır
21 December 2024
19:54
۹۱۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
Xəbərin xülasəsi
Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırırبسم الله الرحمن الرحیم
«اللهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ
كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا
كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ
وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى
نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللهُ الْأَمْثَالَ لِلنَّاسِ
وَاللهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ»
Əgər bir az həzrət Fatimei-Zəhranı (əleyhasəlam)
tanımaq istəsək, hansı ki, ona Fatimə adı verilib, çünki bütün məxluqat onu
tanımaqda acizdirlər, «لان الخلق فطموا عن کنه معرفتها» -onda gərək müqəddəs Quranla rabitə bərqərar edək və görək onu xəlq edən
Allah-taala Fatiməni necə tanıtdırır, onun barəsində Quran surələri və ayələri
hansı mətləblərə işarə buyurur. Sonra müqabil tərəfə deyək, indi siz də
Fatimei-Zəhranın (əleyhasəlam) müasir qadınları barədə bizə bir ayə göstərin? Qəti
olaraq, Quranda onlara və onların məqamı haqda heç bir tərifəlayiq işarə
tapmayacağıq.
Bu
olduqca təəccüblüdür; Quranın “Leylətul-Qədr”i Fatimədir. Hansı ki, “Leylətul-Qədr”
barəsində Allah-taala Peyğəmbərinə (sallallahu əleyhi və alih) buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ». Quranın “Leylətul-Mubarəkə”si Fatimədir, “و آت ذی القربی حقه” Fatimədir. Bəzi hədislərə əsasən, “فاسئلوا اهل الذکر” Fatimədir. “Dəhr” və “Kövsər” surələri Fatiməyə aiddir. Bunların hər
biri barəsində söhbət etmək istəsək, gərək saatlarla bəhs edib danışaq və
kitablar yazılsın.
Bu az olan fürsətdə mübarək “Nur” surəsinin şərəfli
ayəsinə işarə edirəm. Əgər yaxşı diqqət etsəniz və bu ayəni zehninizdə
saxlasanız, öz vücudunuzda nuranilik hiss edəcək və həzrət Fatimənin məqamının
dərkinə yaxın olacaqsınız. Məclisimizin əsas məqsədi də məhz budur.
«اللَّهُ
نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ» - Allah-taala göylərin və yerin nurudur. Bu nuru
dərk etmirik, nə zahiri gözlə, nə də bu məhdud olan qəlb, zehin və fikirlə.
Belə ki, buyurur: “Allah-taala göylərin və yerin
nurudur”, Allahın nuru nədir görəsən? Biz bu zahiri nurları görə bilərik, amma
Allahın nuru nədir? Allah-taala Quranda Öz nuru üçün bir misal gətirmək istəyir:
«مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ» -Allahın nuru bir mişkat və çıraqdan kimidir.
«فِيهَا مِصْبَاحٌ» - Bu çıraqdanda bir çıraq və şölə saçan cihaz
var. «الْمِصْبَاحُ فِي زُجَاجَةٍ» - Bu çıraq büllur bi şüşənin daxilində yerləşibdir.
Hər bir kəs bunu başa düşür ki, çırağın ətrafını büllur şüşə əhatə etdikdə onun
nurunu qoruyur və nurun davamlı və baqi qalmasına səbəb olur və sönməsinin
qarşısını alır. «الزُّجَاجَةُ
كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ
وَلَا غَرْبِيَّةٍ» - Bu çırağın mənbəyi və onun enerjisi olduqca
çoxlu xüsusiyyətlərə malik olan mübarək bir zeytun ağacıdır. «يَكَادُ زَيْتُهَا يُضِيءُ» - Bu çıraq öz-özünə parlayıb şölələnir. وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ» « - Hətta ona od yetişməsə belə, öz-özünə işıq
saçır.
(ardını izləyin)