Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlam
30 October 2024
20:06
۸۴۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
(ardı)
Bu çox təəccüblü bir sözdür! Nə üçün Qiyamət günündə möminin əməl naməsinin ünvanı Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbətidir? Ona görə ki, Əli ibn Əbitalibi (əleyhissəlam) sevmədən Allaha məhəbbət etmək və Onu sevmək məna kəsb etmir. Bu söz ancaq iddia və şüar deyil, əksinə çoxlu dəlillərə əsasən, bizim əqidəmizin çox mühüm bir hissəsidir. Əgər bir kəs Əli əleyhissəlama inanmasa, həqiqətdə Allaha, dinə və Qurana inanmamışdır.
Daha bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlama buyurdu:
"مَثَلُکَ فِی الناسِ کَمَثل سُورةِ «قُل هُوَ اللهُ اَحَدٌ"
“Sənin məsəlin “Qul huvəllahu əhəd” məsəli kimidir, necə ki, əgər bir şəxs “Qul huvəllahu əhəd” surəsini bir dəfə oxusa, ona Quranın üçdə bir hissəsinin oxunması savabını verərlər. Əgər iki dəfə oxusa, Quranın üçdə iki hissəsinin və əgər “Tövhid” surəsini üç dəfə oxusa, Quranı bir dəfə kamil xətm edən kimidir. Demək, əgər bir şəxs səni dildə qəbul etsə, onun üçdə bir imanı düzgündür. Əgər səni dili və qəlbi ilə qəbul etsə, üçdə iki imanı düzdür. Əgər bir şəxs səni dili və qəlbi ilə qəbul etmiş olsa və əli ilə sənə yardım etsə, imanı kamildir.”
Bu hədislər ayrı-ayrılıqda məna olunsa, onların həqiqətini dərk edə bilmərik. Amma bir yerdə bir-birinin kənarında nəzərdən keçirilsə, dərin bir mətləbi dərk edərik.
Birinci hədisdə buyurur: «عِنْوَانُ صَحِيفَةِ الْمُؤْمِنِ حُبُّ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ», digər hədisdə buyurur: «لا یحبّک إلا مؤمنٌ و لا یبغضک إلا منافقٌ», ya «وَلَوْ لا اَنْتَ يا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي» və sonuncu hədisdə buyurur ki, sənin məsəlin “Tövhid” surəsinin məsəli kimidir və imanın kamil dərəcəsinə Əli ibn Əbi Talib əleyhissəlama qil, qəlb və əl ilə etiqad bəsləməklə çatmaq mümkündür. Bu üç hədisi birgə nəzərdən keçirdikdə o Həzrətə iman və məhəbbər bəsləməyin rabitəsi məlum olur.
Bu nə qədər dərin və heyrətlidir, deyir ki, ey insan, sənin imanının əsası Əli (əleyhissəlam) ilə bağlıdır!
Təəssüflər olsun ki, bu hədislərin mənasını vəhhabilər anlamırlar. Odur ki, şiələrə şirk töhməti vururlar. Hədislərin mənası o deyil ki, biz Əlini pərəstiş edirik, əksinə bu mənayadır ki, Əliyə imanlı olmadan, Əliyə etiqadlı olmadan Allaha həqiqi pərəstiş etmək mümkün deyil. Əlbəttə, bu heç də bir şüar, ya rəğbət və şövq-həvəsə bağlı olan bir məsələ deyildir ki, Allah onu daxilimizdə qoysun və desin; “Ey bəşər! Əlini qəbul etməyini istəyirəm ta ki Mən də səni qəbul edim.” Xeyr, bu bir həqiqətdir.
Əli (əleyhissəlam) tövhid və Allaha imanlı olmağın məzhəridir. İnsan Əli ilə Allaha yetişir. Əgər bir kəs bu məzhəri qəbul etməsə, Allahı necə qəbul edə bilər? Hər halda biz bu mətləbi dərk etməyə çalışmalıyıq ki, nə üçün Allah-taala Əlini iman meyarı kimi tanıtdırır? Nə üçün Qiyamət günü Əli “Qəsimul-Cənnəti vən-nar”dır?
(ardı var)