Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlam
30 October 2024
20:06
۸۴۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əli ibn Musa Riza əleyhissəlamın şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
(ardı)
Hədislərdə olan başqa bir heyrətəngiz ünvan
budur ki, «عَلِیٌّ
مَعَ القُرآن وَ القُرآنُ مَعَ عَلِیٍّ» (Əli Quranladır və Quran Əli ilədir) və bu məsələ
ancaq Əmirəl-möminin əleyhissəlama məxsus deyil, həqiqətdə Məsum imamlara (əleyhimussəlam)
da şamil olur.
Qədir-Xum vaqiəsi baş verdikdə birinci və ikinci
“bəxxun, bəxxun” deyə, Əmirəl-mömininə təbrik dedilər, amma ürəkləri rahatlıq
tapmadı. Peyğəmbərdən soruşdular ki, bu vilayət və imamət ancaq Əliyə məxsusdur,
ya başqaları da ondan faydalana bilər? Peyğəmbər buyurdu, Allah tərəfindən sizə
çatdırdığım bu vilayət Əliyə, ondan sonra Həsənə, ondan sonra Huseynə və ondan
da sonra Huseynin doqquz övladına aiddir.
Bu bir çox əhli-sünnə kitablarında nəql olunan və
“isna əşər hədisi” kimi tanınmış hədislər qismindəndir. İsna əşər hədisi, yəni
biz şiələrin Əmirəl-möminindən həzrət Hüccətə qədər (Allah onun zühurunu tezləşdirsin)
etiqadlı olduğumuz on iki imamın adları gələn hədisdir ki, Peyğəmbər bəyan edib
və əhli-sünnə də onun mütəvatir olduğunu deyir.
Qədir-Xum günündə həzrət Peyğəmbər (sallallahu əleyhi
və alih) Əlinin övladlarının adlarını zikr etdikdən sonra bu cümləni buyurdu: «هُم مَعَ القُرآنِ وَ القُرآنُ مَعَهُم لَن یَفتَرِقَا
حَتَّی یَرِدَا عَلَیَّ الحَوضُ» , “bunlar Quranladır, Quran da onlarladır və Qiyamətə
qədər bir-birindən ayrılmazlar.”
Məqsədim, diqqəti bu incəliyə cəlb etməkdir ki, “möminin
səhifəsinin ünvanı Əli ibn Əbi Talib əleyhissəlama məhəbbətli olması” cəhəti
ona görədir ki, Əli və onun pak övladları Quranın həqiqətidirlər və onların
Qurandan ayrılmaları mümkün deyil. Belə olan halda, əgər bütün ömrünü Quran
oxusan, lakin Əlini qəbul etməsən, faydasızdır. Nə bu kitabın Əlisiz mənası
vardır, nə də Əlinin Quransız.
Bunlar gərək birgə olsunlar, çünki birgə məna
tapırlar. Nəticədə, bu ikisi insanın imanını kamil edirlər, Quranın həqiqətinin
təcəllisi Əlidir.
Bu ki, Peyğəmbər buyurur “Qiyamət günündə möminin
namei-əmalının ünvanı Əli ibn Əbi Talib əleyhissəlamın məhəbbətidir”, ona görədir
ki, Əli (əleyhissəlam) Quranın həqiqətidir və Qurandan ayrılmazdır; «عَلِيٌّ مَعَ الْقُرْآنِ وَ الْقُرْآنُ مَعَ
عَلِي». Ona olan iman Qurana olan imandır, Qurana olan iman Əli ibn Əabi Talibə
olan imandır. Demək, bunları bir-birində ayıran insanın imanı düzgün və kamil
iman deyil.
Peyğəmbər
Əkrəm (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlamın məqam və fəzilətləri
haqda o qədər çox mətləb buyurubdur ki, hədd-hesabı yoxdur. Bununla belə, buyurur
ki, ey Əli sənin barəndə bildiyim bir çox mətləbləri xalqa demirəm, çünki
qorxuram camaat Allahın əvəzinə sənə pərəstiş edərlər...
والسلام علیکم و رحمه الله و برکاته