Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti

26 December 2024

07:15

۱,۵۷۸

Xəbərin xülasəsi :
Hicri-qəməri ili rəcəb ayının 3-ü, miladi tarixi aprel ayının 1-i məşhur nəzərə əsasən, Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Mərhum Şeyx Kuleyni o Həzrətin şəhadət gününü cumadis-saniyə ayının 26-ı olduğunu qeyd etmişdir. Ona görə o məzlum İmamın şəhadət günü münasibətilə hazırladığımız məqaləni cumadis-saniyə ayının 26-ı siz əzizlərə təqdim etmişik
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti

Hicri-qəməri ili rəcəb ayının 3-ü, miladi tarixi aprel ayının 1-i məşhur nəzərə əsasən, Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Mərhum Şeyx Kuleyni o Həzrətin şəhadət gününü cumadis-saniyə ayının 26-ı olduğunu qeyd etmişdir. Ona görə o məzlum İmamın şəhadət günü münasibətilə hazırladığımız məqaləni cumadis-saniyə ayının 26-ı siz əzizlərə təqdim etmişik.

 Həzrət Hadi əleyhissəlamın və eləcə də digər Məsumların (əleyhimussəlam) viladət və şəhadət günlərinin bu qədər nəzər ixtilafı ilə bəyan edilməsi, o İlahi nurların yaşadıqları dövrlərdə zalım və fasid sultanların hakimiyyəti altında məruz qaldıqları zülm və sitəmin dözülməz dərəcədə sərt və amansız olduğunu hər bir düşüncə sahibi aydın şəkildə dərk edir.

Bir daha bu böyük əza gününü o Həzrətin əziz nəvəsi Həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütn haqq sevər insanlara başsağlığı veririk.

Burada o Həzrətin hikmətli kəlamlarından birinin tərcüməsini sizə təqdim edirik:

مَنْ‏ هَانَتْ‏ عَلَيْهِ‏ نَفْسُهُ‏ فَلَا تَأْمَنْ‏ شَرَّه

“Öz şəxsiyyətini və ehtiramını dəyərsiz, nalayiq qiymətləndirən insanın şərrindən və fəsadından asudə və arxayın olma.”[1]

[1] Tuhəful-uqul, səh. 483.

Etiketlər :

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti