Həzrət İmam Hüseynin (əleyhissəlam) mövludu
06 December 2025
04:35
۱,۱۴۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
1438-ci hicri qəməri şəban ayının 3-ü, miladi tarixi 2017-ci il aprel ayının 30-u Əba Əbdillah Həzrət İmam Hüseynin (əleyhissəlam) bərəkətli, fəzilətli, səadətli və əzəmətli mövludu siz əzizlərə mübarək olsun!
السّلامُ عَلَیکَ یا أبا عَبْدِالله
Salam olsun sənə ey Allaha bəndəliyin mənşəyi!
Aləmlərin qəlbi onda yer tutmuş,
Ah necə bir qəlb Allah zatının evi olmuş!
Qəlb demə dünyanın canı onda aşkar olmuş,
Qəlb demə Allah nuru onda əyan olmuş!