Həzrət İmam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti
24 December 2024
20:07
۱,۳۰۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Bu gün hicri qəməri 1438-ci il zil-hiccə ayının 7-si, miladi avqust ayının 29-u imamət səmasının 5-ciparlaq ulduzu Həzrət Əbu Cəfər Muhəmməd Baqir əleyhissəlamın şəhadət günüdür. Bu böyük müsibət ilə əlaqədar Əhli-Beyt əleyhimussəlama, xüsusi ilə Həzrət Sahib əz-Zamana (əccəlallahu taala fərəcəhuş-şərif) təsəlli deyir və siz əzizlərə də başsağlığı bildiririk.
Həzrət İmam Muhəmməd Baqir əleyhissəlam hicrətin 57-ci ilində Mədinə şəhərində anadan olmuş, atası Həzrət İmam Zeyul-abidin əleyhissəlam və anası Həzrət İmam Muctəba əleyhissəlamın zəkalı qızı Həzrət Fatimə əleyhasalam olmuşdur. Həzrət İmam Muhəmməd Baqir əleyhissəlamın 4 yaşı olduqda Əhli-Beyt əleyhimussəlam ilə birlikdə Kərbəla səhrasında Həzrət İmam Huseyn və o Həzrətin vəfalı səhabələrinin şəhadəti ilə sona yetən Aşura qiyamının şahidi olmuşdur.
Mərhum Şeyx Səduq Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsaridən nəql edir ki, deyir: Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) mənə buyurdu: Ey Cabir! Sən uzunömürlü olacaqsan və mənim oğlum Muhəmməd ibn Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlam ilə görüşəsəksən. Onun Tövratdakı adı Baqirdir, hər zaman onunla görüşsən, mənim səmimi salamımı ona yetir... Sonra Cabir ibn Abdullah hədisin davamında deyir: (Uzun illər keçdikdən sonra) bir gün Mədinə şəhərinin küçələrindən keçərkən bir oğlan uşağı ilə rastlaşdım, ondan adını soruşdum. Dedi: Adım Muhəmməd ibn Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamdır. Cabir o uşağı diqqətlə nəzərdən keçirəndən sonra deyir: And olsun Kəbənin Pərvərdigarına ki, Allah Rəsulunun (sallallahu əleyhi və alih) buyurduğu həmin uşaq sənsən və səndə Peyğəmbərin (sallallahu əleyhi və alih) nişanələri və xüsusiyyətlərini görürəm. Sonra deyir: Ey Peyğəmbər (sallallahu əleyhi və alih) oğlu! Sənə Allahın və Onun Rəsulunun (sallallahu əleyhi və alih) salamını yetirmək mənə həvalə edilmişdir...
Həzrət İmam Baqir əleyhissəlam da öz növbəsində Cabir ibn Abdullah Ənsarinin salamına cavab olaraq buyurur: Allahın salamı olsun Onun əziz Peyğəmbərinə (sallallahu əleyhi və alih) və sənə ey Cabir! Cabir Həzrətə ərz edir:
یا باقر انت الباقر حقا انت الذی تبقر العلم بقرا
Ey o kəs ki, elm dəryasını yarıb onun dərinliklərinə dalan şəxs! Sən həqiqətən elmin ən yüksək mərtəblərinə nail olacaqsan.
Alimlər deyiblər ki, Həzrət İmam Baqir əleyhissəlamın “Baqir” adlandırılma səbəbi,o Həzrətin son dərəcə yüksəkelmi nailiyyətlərə nail olması, elmin inkişaf etdirilməsi və müsəlman cəmiyyətlər arasında elmi tərəqqinin genişlənməsinə nail olması baxımından olmuşdur.
Həzrət İmam Muhəmməd Baqir əleyhissəlamın şəhadət tarixi ilə əlaqədar bəzi nəqllər vardır, lakin onlardan məşhuru odur ki, o Həzrət hicri 114-cü ilin zil-hiccə ayının 7-də 57 yaşında Hişam ibn Əbdul-Məlikin xilafəti dövründə zəhər vasitəsilə şəhadətə yetirmişlər. Həzrətin müqəddəs qəbri Mədinə şəhərində Bəqi qəbristanında əziz atası İmam Zeynəl-Abidin əleyhissəlam və əmisi Həzrət İmam Həsən əleyhissəlamın kənarında dəfn edilmişdir.
Mərhum Şeyx Kuleyni mötəbər bir rəvayətdə deyir: Həzət Muhəmməd Baqir əleyhissəlam rehlət etdikdən sonra Həzrət İmam Cəfər Sadiq əleyhissəlam hər gecə əziz atasının qəbri kənarında çıraq yandırardı.
Mənbə:
Muntəhal-Amal, Şeyx Abbas Qumi.