Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
26 December 2024
07:35
۱,۰۷۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1439-ci il rəcəb ayının 10-u, miladi tarixi 2018- ci il martın 28-i həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama, həmçinin dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!
Doqquzuncu İmam - həzrət Cavadul-Əimmə əleyhissəlam buyurur:
“Allaha arxalanmaq hər bir şeyin qiyməti və yüksək kamilliklərə catmağın nərdivanıdır".
İmam (əleyhissəlam) bu yarım sətirdə buyurduğu cümlənin kəlmə və mənasında möcüzə etmişdir. Həqiqətən bu cümlə böyük bir dəryadır. Kəlmələrin secimi və cümlə quruluşu valeh edicidir. Fəsahət və bəlağət ustadları bu cümlənin qarşısında heyrandırlar. Cümlənin gözəlliyi, fəsahəti və bəlağəti haqqında söhbət çoxdur.
Yalnız Allaha arxalanmaqla ən qiymətli gövhəri əldə etmək olar və məhz Allaha iman nərdivanı ilə ən yüksək zirvəyə catmaq mümkündür. İmamın buyurduğu yarım sətr olmasına baxmayaraq bütün hikməti özündə əks etdirmişdir.
Məsum İmamların (əleyhimussəlam) cümlələrini dərindən dərk etmək üçün bu elmə dərindən yiyələnmək və onu istifadə etmək lazımdır. Hədisin geniş şərhinə lazımınca vaxt yoxdu. Hər bir ağac öz meyvəsi ilə tanınır. Yarım sətirlik cümlədə bu qədər dərinliklər varsa, şübhəsiz onların buyurduqları cümlələrdə bitməz həqiqətlər mövcuddur.