Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
18 April 2025
20:17
۸۰۵
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Hicri-qəməri 1441-ci il Şəban ayının 4-ü, miladi 2020-ci
il martın 29-u həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin
sərkərdəsi və ələmdari olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın
təvəllüd günüdür.[1] Bu gözəl
və sevindirici gün ilə əlaqədar öncə Allah-təalanın yer üzərindəki sonuncu hüccəti
həzrət Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də mömin bacı və
qardaşlara təbrik deyirik. Arzu edirik bütün müsəlmanlar bu günün mövludu kimi
dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və müqəddəs
din rəhbərlərinə itaətkar və vəfalı olsunlar və İlahi əmrlərin yerinə yetirilməsini
hər bir şəxsi əməldən üstün və irəli bilsinlər.