Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti
24 December 2024
19:33
۶۹۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti
Hicri-qəməri 1441-cu il şəvval ayının 15-i, miladi 2020-ci il iyun ayının 7-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik.
Hicrətin 3-cu ilində “Uhud” döyüşü günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman döyüşçüləri şəhadətə yetmişlər.(1) Bəzi tarixçilər Uhud döyüşünün tarixinin şəvval ayının 17-də baş verməsini qeyd etmişlər.(2)
O Uhud müharibəsində nizə ilə həzrət Həmzənin mübarək sinəsini və ya qarnını nişanlayıb həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) çox əziz olan bu şəxsiyyəti şəhadətə yetirmişdir. Həzrət Həmzənin qətlə yetirilmə xəbəri Müaviyənin anası Hində çatdıqda o xəbis arvad Həmzənin sinəsini yarıb mübarək ciyərini çıxarıb dişləri ilə onu didib-çeynəmişdir. Həmçinin, bu xəbis və yırtıcı arvad həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) böyük qüssə, qəmginlik və sarsıntı yetirmək məqsədilə xəncər ilə həzrət Həmzənin qulaqlarını, burnunu və s. kəsib, onları sapa keçirərək boynundan asmışdır.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih), cənab Həmzənin bacısı Səfiyyə, həzrət Fatiməi-Zəhra və imam Əli (əleyhiməssəlam) cənab Həmzənin mübarək cənazəsinin kənarında çox ağlamışlar, sonra Peyğəmbər (sallallahu əleyhi və alih) onun cənazəsinə namaz qılmış və onu Uhud məntəqəsində dəfn etmişdir.
“Əli mənim ən yaxşı qardaşım və Həmzə mənim ən yaxşı əmimdir.”
Bu böyük qəm və qüssəni bir daha bütün Əhli-Beyt dostlarına təsəlli və başsağlığı deyirik!
[1] Biharul-ənvar, cild 20, səh. 18; Sireye İbn Hişam, cild 3, səh. 68
[2] Biharul-ənvar, cild 97, səh. 168