Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik”lə bağlı çıxışları
22 December 2024
18:12
۱,۶۴۶
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları
Birinci çıxış (ardı)
Müzakirə edilən sualın cavabına müqəddimə olaraq
dörd mətləbin araşdırması
Öncə işarə etdiyimiz sualları cavablandırmaq
üçün müqəddimə xarakteri daşıyan dörd mətləbi xatırlamaq lazımdır. Bu mətləblər
aşağıdakılardan ibarətdir:
Birinci mətləb: Bəşərin elmi-texniki inkişafı və
əqli təkamülü ilə bərabər dinə olan ehtiyacı daha da artır;
İlk növbədə müqəddimə olaraq bunu deməliyik ki,
zaman keçdikcə və elmin təkamülü və elmi-fənni inkişafın artması ilə bəşərin
dinə olan ehtiyacı nəinki azalmır, əksinə elm və biliyin artması ilə bərabər günü-gündən
daha da artır. Demək, “bəşər ağlı özü təklikdə bəşərin bütün ehtiyaclarını, hətta
mənəvi ehtiyaclarını aradan aparmağa qadirdir” təsəvvürü kökündən qəbuledilməzdir.
Bu mətləbi sübut etmək üçün bir çox dəlillər gətirmək olar, o cümlədən, “bəşərin
əqli inkişafı” buna dəlildir. Ona görə ki, insan əqli inkişaf etdiyi halda istər-istəməz
elə bir yeni məsələlərə yönəlir ki, onların həlli üçün din və dini
cavablandırma yolundan başqa heç bir yol yoxdur; yəni insan hər nə qədər fikir
və idrak genişliyinə yetişirsə, onun şübhələri və sualları da bir o qədər artır
və aydın məsələdir ki, belə məsələlərdə, nə “ağıl” cavab verməyə qadirdir, nə də
“elm” onları araşdıra bilir.
Tarixi araşdırmalara insafla yanaşdıqda məlum
olur ki, qədim dövrlərdə əqidə və kəlam elmində mövcud olan sualların sayı hazırda
olan şübhələrdən qat-qat az və zəifdir. Bu əsasla, bəşər hər nə qədər yeni həyatı
yaşayırsa və yeni-yeni irəliləyişlər əldə edirsə, əqidə və kəlam elmində şübhələr
və suallarının sayı azalmaqdansa, daha da artmış olur.
Başqa sözlə desək, elmlərin genişlənməsində,
xüsusən əqidə elmlərində dəxaləti olan məsələlərdən biri “insanın idrakının və
təfəkkürünün yüksəlişi”dir. Necə ki, onun artması ilə insanın mənəvi
ehtiyaclarının genişliyi də üzə çıxır. Buna görə də “insanın əqli inkişafı” ilə
“köklü və əsaslı anlaşılmazlıqların vücuda gəlməsi” arasında açıq-aydın bir bağlılıq
vardır.
Beləliklə, bir tərəfdən bəşərin dərrakəsi hər nə
qədər bəsit olarsa, onun ehtiyacları da sadə olacaqdır, digər tərəfdən bəşərin
idrak və düşüncə genişliyi hər nə qədər artsa, onun yeni-yeni ehtiyacları da bir
o qədər üzə çıxacaqdır. Eyni zamanda aydın məsələdir ki, ağıl özü təklikdə mənəvi
ehtiyacları və fikri problemləri həll etməyə və onları aradan aparmağa qadir
deyildir. Deməli, onları həll edib aradan aparmaq üçün ağıldan daha geniş və üstün
bir qüvvə lazımdır və aydındır ki, bu, “din qüvvəsi”ndən başqa bir qüvvə ola
bilməz.
(ardını izləyin)
İltimas dua!