Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti

24 December 2024

21:48

۷۵۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il zil-hiccə ayının 20-i, miladi 2020-ci il avqustun 10-u İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-əsri vəz-zaman həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti

Hicri-qəməri 1441-ci il zil-hiccə ayının 20-i, miladi 2020-ci il avqustun 10-u İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-əsri vəz-zaman həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik. Ümid edirik əzizlər bu sevinc və fərəh günündə şad olsunlar və öz sevinclərini ailə üzvləri, qohum-əqrəba və dostlar arasında bölüşsünlər.

Həzrət İmam Kazim əleyhissəlamın hikmətli kəlamlarından

مَن لَم یجِد لِلاساءَةِ مَضَضّا لَم یکن عِندَهُ لِلاِحسانِ مَوقعٌ

Həzrət imam Musa ibn Kazim əleyhissəlam buyurur:

“Çətinlik və əziyyət görməyən insan üçün ehsan və yaxşılıq da əhəmiyyət kəsb etməz.”

Mənbə: Biharul-ənvar, cild-78, səh. 333

İltimas dua!


Etiketlər :

Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti