Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
26 December 2024
20:22
۸۰۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
Hicri-qəməri məhərrəm ayının 25-i, miladi 2020-ci
il sentyabrın 14-ü bəzi nəzərlərə müvafiq olaraq, Kərbəla vaqeəsinin şahidi,
imam Huseyn əleyhissəlamın son yadigarı, həzrət Səccad əleyhissəlamın şəhadət
gününə müsadif olunur. Bu böyük müsibət gününü ilk öncə zəmanəmizin Məsum imamı
həzrət Vəliyy Əsrə (Allah onun gəlişini tez etsin) həmçinin bütün Əhli-beyt (əleyhimussəlam)
dostlarına təsəlli və başsağlığı deyirik, ümid edirik mömin bacı-qardaşlar bu
müsibətin lazımınca yad edilməsində mümkün qədər çalışaraq Peyğəmbər (sallallahu
əleyhi və alih) və onun ailəsi qarşısında olan vəzifələrinə layiqli əməl edəcəklər,
inşa Allah.
Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:
إنَّ
الْمَعْرِفَهَ، وَکَمالَ دينِ الْمُسْلِمِ تَرْکُهُ الْکَلامَ فيما لايُغْنيهِ،
وَقِلَّهُ ريائِهِ، وَحِلْمُهُ، وَصَبْرُهُ، وَحُسْنُ خُلْقِهِ
Hər bir
müsəlmanın mərifəti və dininin kamil olması, həm özünün və həm də başqalarının
halına təsir etməyən və dəyərsiz sözləri tərk etməsinə, riyakarlıq və özünü
göstərməkdən uzaq olması, həyatda qarşıya gələn çətinliklərə dözməsi, xoşagələn
əxlaqa və gözəl rəftalı olmasına bağlıdır.
Mənbə: Tuhəful-uqul, səh. 202; Biharul-ənvar, cild-2, səh. 129, hədis-14
İltimas dua!