Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
24 December 2024
06:23
۶۳۸
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir Rahmənir Rahim
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
Hicri-qəməri 1442-cı il rəbius-sani
ayının 10-u və miladi 2020-ci il noyabrın 26-ı Əhli-beytin cəlalətli və kəramətli
xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa
Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat
günüdür. Bu qəmli-qüssəli hadisəni həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama
və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət Fatimei-Məsumə əleyhasəlam
hicrətin 173-cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O
xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın
son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva
və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur... Həzrət Fatimei-Məsumə
əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani ayının 10-u müqəddəs Qum şəhərində
vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlamın
bir neçə ləqəbi olmuşdur, lakin xalq arasında xanım “Məsumə” adı ilə məşhur
olmuşdur. Həzrət imam Rza əleyhissəlam bu əziz bacısına böyük məhəbbət və
ehtiram edərdi. Onların bir-birinə olan münasibətlərini, bəziləri həzrət imam
Huseyn əleyhissəlam ilə xanım Zeynəbi-Kubra əleyhasəlam arasında olan qırılmaz
sevgi və məhəbbətə bənzədirlər. Xanım Məsuməyə verilən “İkinci Zeynəb” ləqəbi də,
mümkündür elə bu cəhətlə rabitəsi olsun.
İmam Rza əleyhissəlam Məmunun
xilafəti dövründə məcburi və ixtiyarsız olaraq müqəddəs Mədinə şəhərindən
Xorasan vilayətinə gətirildikdən bir müddət sonra xanım Məsumə əleyhasəlam əziz
qardaşını görmək üçün bir sıra Əhli-beyt üzvləri olan xanım və ağaların əhatəsində
karvanla Mədinədən hərəkət edib Xorasana tərəf yollanır. Karvanın gəliş xəbəri
xəlifə Məmuna çatdıqda imam Rza əleyhissəlamın yaxın və əziz şəxslərin belə əzəmətli
şəkildə Tus şəhərinə çatacaqları halda onların xalq tərəfindən təntənə ilə
qarşılanmasını öz taxt-tacına və siyasi mövqeiyyətinə təhlükə hiss edir. Ona
görə Xanımın karvanının qarşısını almaq və onun Xorasana gəlişinə mane olmaq məqsədi
ilə gizli surətdə qoşun göndərir. Bu qoşun Savə məntəqəsi yaxınlığında Xanımın
olduğu karvana çatıb karvanı qoruyan şəxslərə hücum edirlər və əksər cavanları
qətlə yetirirlər. Xanım Məsumə əleyhasəlam bu mərəkədə öz əziz qardaşlarını və
digər Əhli-Beyt (əleyhimussəlam) üzvlərini əldən verir. Sanki həzrət Zeynəb-Kubra
əleyhasəlamın Kərbəlada başına gələn müsibətlər yenidən təkrar olur. Bu hadisədə
həzrət Məsumə əleyhasəlam çox qəm-qüssələr üzündən zəifləyib xəstələnir və
karvanın Xorasan yolunu davam etdirməsinə qadir olmadığını gördükdə, ətrafındakılardan
o zaman Əhli-Beyt (ə) aşiqlərinin toplandığı şəhər kimi tanınan Qum şəhəri ilə
olan məsafəni soruşur. On fərsəx fasilə olduğunu bildirirlər, xanım Məsumə əleyhasəlam
karvanın Qum şəhərinə tərəf yollanması göstərişini verir.
Xanımın olduğu karvanın gəliş
xəbəri Qum şəhərinin əhalisinə çatdıqda xalq vəsfedilməz əzəmət və təntənə ilə
şəhərin görkəmli şəxsiyyətləri ilə birlikdə karvanı qarşılamağa çıxırlar. Şəhərin
böyük hörmətli, elm və təqvalı şəxsiyyəti olan Musa ibn Xəzrəc Əşəri karvana
yaxınlaşır və Xanımın kəcavəsi olan dəvəni öz mənzilinə tərəf sövq edir. Xanım
Fatimei-Məsumə əleyhasəlam burada cəmisi on yeddi gün həyat sürür. Bəzi
yazılara əsasən, Xanımın xəstələnməsi səbəblərindən biri də onun Savədə xəlifə
casusları tərəfindən gizli surətdə zəhərlənməsi olmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani
ayının 10-u Qum şəhərində vəfat etdikdən sonra Musa ibn Xəzrəcə mənsub olan və
hazırda Xanımın müqəddəs məzarının yerləşdiyi torpaqda böyük əzəmətlə dəfn
edilmişdir. Hazırda bu müqəddəs məzar Əhli-Beyt əleyhimussəlamın aşiqlərinin pənahı
və ziyarətgahı olmaqla bərabər şiə aləminin böyük şəxsiyyətlərinin və alimlərinin
yetişdiyi bir məkandır.
Həzrət imam Sadiq əleyhissəlam
müqəddəs Qum şəhəri haqqında belə buyurur:
“Həqiqətən, Allah-təalanın hərəmi vardır və o, müqəddəs Məkkə şəhəridir və həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) hərəmi vardır və o, müqəddəs Mədinə şəhəridir və Əmirəl-möminin Əli əleyhissəlamın hərəmi vardır və o, müqəddəs Nəcəf (Kufə) şəhəridir və biz Əhli-Beytin də hərəmi vardır və o, müqəddəs Qum şəhəridir. Tezliklə bu şəhərdə mənim Fatimə adlı bir övladım bu şəhərdə dəfn ediləcəkdir. Hər kəs onu ziyarət etsə, Cənnət ona vacib olar.”
Bir daha bütün əziz mömin
bacı-qardaşlara təssəlli deyir və hamınıza Əhli-Beyt əleyhimussəlamın hörmət və
şərəf bəxş edən yolunun davamçılarından olmağınızı arzulayırıq.
Allah dualarınızı qəbul etsin