Fatimiyyə günləri

26 December 2024

19:35

۵۹۸

Xəbərin xülasəsi :
Fatimei-Zəhra (əleyhasəlam) Əhli-beyt məktəbinin ən görkəmli alimləri və layiqli davamçıları üçün həmişə ülgü və meyar olmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Fatimiyyə günləri

السَّلاَمُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ 

Bu günlər “Əyyami Fatimiyyə”, yəni bu günlər həzrət Fatimei-Zəhranın (əleyhasəlam) acınacaqlı və ürəkyandıran şəhadəti ilə müsadif günlərdir. Fatimei-Zəhra (əleyhasəlam) Əhli-beyt məktəbinin ən görkəmli alimləri və layiqli davamçıları üçün həmişə ülgü və meyar olmuşdur.

 Hər bir məktəb, partiya və ictimai hərəkatın təşəkkül tapması, öz məram və tələblərinə çatması, mümkün qədər insanların nəzər və diqqətini cəlb etməsini və müxtəlif üsullardan faydalanmasını tələb edir. Bəşərin pak fitrətinə müvafiq olan Quran və İslam əqidələri və maarifi sağlam insanlar tərəfindən tam qəbul olunur. Ona görə də nəzərləri cəlb etmək və qəlbləri fəth etmək üçün nümunə tanıtdırmaq üslubuna diqqət yetirmiş və parlaq simaları ülgü və meyar olaraq göstərmişdir. Necə ki, fəsad və batil yollardan uzaq olmaq üçün onların da köklərini aydın şəkildə tərsim etmişdir.

Qurani-kərim çoxsaylı ayələrində çətin şəraitdə öz mövqeiyyətlərini qoruyub saxlayan dəyanətli və sabitqədəm qadınları və kişiləri xalqa tanıtdırır. İlahi peyğəmbərləri sitayiş edir, iffətli və pak qadınları hörmətlə xatırladır. Yaxşı və bəyənilən əməlləri bəyan edir və layiqli insanları tanıtdıraraq buyurur:

﴿ لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ

“Xeyir və yaxşılıq şərqə və qərbə meyl etməkdə deyil, yaxşılıq odur ki, Allaha yönəlib Ona iman gətirəsiniz.”[1]

Qurani-kərimin kamil insanları tanıtdırıb onların simasını rəsmə almaqda məqsədi şübhəsiz ancaq tarixi xatırladıb keçmiş əhvalatları hekayət etmək deyil. Çünki müqəddəs Quran tarix və dastan kitabı deyil. Qurani-kərim hidayət kitabı və aşkarlıq nurudur. İlahi insanların simasını çəkməkdə Quranın məqsədi budur ki, başqaları üçün ülgü və meyar olsunlar. Belə insanların fikir və davranış qaydalarına yiyələnməklə təkamül yolunu keçib uca məqamlara yetişsinlər. 

Qurani-kərim kamil insanın simasını tərsim edib buyurur:

﴿ وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ

“Həqiqətən, sənin əzəmətli əxlaqın vardır.”[2]

Başqa bir ayədə məxluqatın ən şərəflisini insanlara örnək tanıtdıraraq buyurur:

﴿ لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

 “Şübhəsiz, Rəsuləllah (sallallahu əleyhi və alih) sizin üçün gözəl nümunədir.”[3]

Yəni onun yaşayış tərzini özünüzə meyar və nümunə təyin etsəniz, şübhəsiz ki, həyatda ən yüksək məqamlara çatacaqsınız. Ülgü və meyar tanıtdırmaq, kamil insanın yaşayışını özünə nümunə olaraq müəyyən etməklə Haqqın düz yolundan sapmamaq və inhirafa düşməmək üçündür.

(ardını izləyin)



[1] Bəqərə surəsi, ayə 172


[2] Qələm surəsi, ayə 4

[3] Əhzab surəsi ayə 21


Etiketlər :

Fatimiyyə günləri