Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
26 December 2024
08:25
۴۸۸
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri
1442-ci il rəcəb ayının 13-ü, miladi 2021-ci il, fevral ayının 25-i, Allahın
sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, Vəsilərin
seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin
mövlası, müttəqilərin imamı, ədalət nümunəsi həzrət
Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür. Bu əzəmətli və
şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət İmam
Sahib Zaman əleyhissəlama, eləcə də bütün ədalətsevər millətlərə, xüsusən əziz
mömin bacı-qardaşlarımıza təbrik və gözünüz aydın olsun deyirik. Arzu edirik
Allah-təala bizlərə Əlini (əleyhissəlam) sevənlər sırasında yer versin və
günü-gündən qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətin artırsın. Amin
ya Rəbbəl-aləmin!
Həzrət imam Sadiq əleyhissəlamdan Əmirəl-möminin (əleyhissəlam) barəsində olan dərin məzmunlu və etibarlı bir hədisi xidmətinizə təqdim edirəm, əgər ömür tapsam bir gün bu hədisin şərhini də ərz edərəm. Həzrət Sadiq əleyhissəlam buyurur:
أَ لاَ أُخْبِرُكُمْ بِالْفَقِيهِ حَقِّ
اَلْفَقِيهِ مَنْ لَمْ يُقَنِّطِ اَلنَّاسَ مِنْ رَحْمَةِ اَللَّهِ وَ لَمْ
يُؤْمِنْهُمْ مِنْ عَذَابِ اَللَّهِ وَ لَمْ يُرَخِّصْ لَهُمْ فِي مَعَاصِي
اَللَّهِ وَ لَمْ يَتْرُكِ اَلْقُرْآنَ رَغْبَةً عَنْهُ إِلَى غَيْرِهِ أَلاَ
لاَ خَيْرَ فِي عِلْمٍ لَيْسَ فِيهِ تَفَهُّمٌ أَلاَ لاَ خَيْرَ فِي قِرَاءَةٍ
لَيْسَ فِيهَا تَدَبُّرٌ أَلاَ لاَ خَيْرَ فِي عِبَادَةٍ لاَ فِقْهَ فِيهَا أَلاَ
لاَ خَيْرَ فِي نُسُكٍ لاَ وَرَعَ فِيهِ
Həzrət Əmirəl-möminin (əleyhissəlam) buyurdu: İstəmirsinizmi, həqiqi fəqihin
və elm sahibinin kim olduğu barədə sizə xəbər verim?! O kəsdir ki, xalqı
Allahın rəhmət və mərhəmətindən naümid etməz; Allahın əzabından amanda
qalmalarına təzminat verməz; onlara günah etməkdə rüxsətili (ixtiyarlı)
olmalarını deməz; Qurandan qeyrisinə rəğbət və təvəccöh göstərməklə Quranın
buyurduqlarını tərk etməz. Agah olun! Anlaşma olmayan elmdə xeyir yoxdur; Düşünüb
(haqqı batildən) ayırd etmək olmasa, oxumaqda xeyir yoxdur; Təfəkkür və dərk
olmadan Allahpərəstlikdə xeyir yoxdur; Günahdan uzaq olub pisliklərdən qorunma
olmazsa, ibadətin xeyri yoxdur.
Mənbə: Əl-Kafi, cild-1, səh. 36