Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü

26 December 2024

07:11

۴۸۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il rəcəb ayının 25-i, miladi 2021-ci il martın 9-u imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (ə) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü

Hicri-qəməri 1442-ci il rəcəb ayının 25-i, miladi 2021-ci il martın 9-u imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (ə) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük müsibəti ilk növbədə əza sahibi həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) və həmçinin bütün Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə Əhli-beytin (əleyhimussəlam) və xüsusi olaraq həzrət imam Musa Kazimin (əleyhissəlam) yad edilməsində və həqiqətlərin açarı onların dürəfşan kəlamlarından faydalanmaqda çalışıb səyi göstərsinlər, inşa Allah...

Həzrət imam Kazim əleyhissəlam buyurur:

مَن لَم یجِد لِلاساءَةِ مَضَضّا لَم یکن عِندَهُ لِلاِحسانِ مَوقعٌ

“Çətinlik və əziyyət görməyən insan üçün ehsan və yaxşılıq əhəmiyyət kəsb etməz.”

Mənbə: Biharul-ənvar, cild-78, səh. 333

Həmçinin, buyurur:

إنَّ العاقِلَ لایَکذِبُ و إن کانَ فیهِ هَواهُ

"Aqil və dərrakəli insan yalan danışmaz, hərçənd ona meyli olsa belə."

Mənbə: Tuhəful-uqul. səh. 391


Etiketlər :

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü