Rəcəb ayı istiğfar və bağışlanmaq ayıdır
26 December 2024
08:25
۵۲۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Rəcəb ayı istiğfar və bağışlanmaq ayıdır
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: “Rəcəb ayı mənim ümmətimin istiğfar və bağışlanmaq ayıdır, bu ayda İlahi dərgaha üz tutub öz günahlarınızdan bağışlanmağı istəyin, Allah-taala bağışlayan və mehribandır.”
Həmçinin, buyurdu: “Əgər bir kəs rəcəb ayında hətta bir gün oruc tutarsa, Allah-taalanı sevindirmiş və İlahi qəzəbi özündən uzaq etmiş olar.”
Həzrət imam Baqir əleyhissəlam buyurur: “Hər kəs rəcəb ayının əvvəlindən, ya ortasında, ya axırından bir gün oruc tutsa, Allah-taala Behişti ona vacib edər və Qiyamət günündə ona bizimlə bərabər dərəcədə məqam təyin edər; Hər kəs rəcəb ayından iki gün oruc tutsa, ona deyilər: əməllərini yenidən başla, çünki Allah-taala sənin keçmiş günahlarını bağışladı; Hər kəs rəcəb ayından üç gün oruc tutsa, on deyilər: sənin keçmiş və gələcək günahların bağışlandı, günahkar qardaşların və tanışlarından hər kəsin şəfaətin istəsən edə bilərsən; Hər kəs rəcəb ayından yeddi gün oruc tutsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar; Hər kəs bu ayda səkkiz gün oruc tutsa, Behiştin səkkiz qapısı onun üzünə açılar, ta ki, hər qapıdan istəsə daxil olsun.”[1]
Ümumiyyətlə hər bir ibadət Allah-taalaya yaxın olmaq məqsədi ilə eyni zamanda günahlar və pisliklərdən uzaq olmaq xüsusiyyətinə də şamil olmalıdır. Çünki günahdan uzaq olmadan ibadətin qəbul edilmə səlahiyyəti yoxdur. İnsan Allah dərgahında bağışlanmazsa, ibadəti hər nə qədər çox olsa belə, nicat hasil olmayacaq. Günahdan bağışlanmaq üçün ən təsirli ibadət növündən biri oruc tutmaqdır. Məhz bu amil möminlərin ramazan ayında geniş tərzdə tövbə və istiğfar etməsinə üz gətirmələrinə səbəb olur. Rəcəb ayı da istiğfar ayı adlanır, çünki ramazan ayına hazırlıq və tədarük üçün nəzərdə tutulur. Məsumların bu ayda oruc tutub ibadət etməyə təkidləri möminlərin pak olmaları və ibadətlərindən tam faydalanmaları üçündür. Odur ki, mömin bacı-qardaşlar rəcəb ayının bu qalan müddətində oruc tutub istiğfar etməyə çox diqqət və əhəmiyyət verməklə, Allahı sevindirib Ona yaxın olarlar. Bu isə hər bir bəndənin ən böyük arzusu və istəyidir. Bütün möminlər bu arzuya çatmaqla dünya və axirət səadətinə nail olsunlar, inşa Allah.