Məb`əs bayramı

26 December 2024

08:05

۵۴۱

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il rəcəb ayının 27-si, miladi 2021-ci il mart ayının 11-i bəşər tarixinin ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin insanlara elan edilməsi, “məbəs” bayramı günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim 

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı

Hicri qəməri 1442-ci il rəcəb ayının 27-si, miladi 2021-ci il mart ayının 11-i bəşər tarixinin ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin insanlara elan edilməsi, “məbəs” bayramı günüdür. Məhz bu elandan sonra həzrət Rəsulullah (sallallahu əleyhi və alih) insanları Quranın və İslam şəriətinin göstərişlərinə əməl etməyə çağırmış və yer üzərində Allah-taalanın sonuncu dininin qanunlarının bərpa edilməsi ilə bəşəriyyətə müjdə vermişdir. Sevinc və şadlıqla yad edilən bu əzəmətli gündə ilk növbədə Peyğəmbərin əziz nəvəsi həzrət Məhdiyə (Allah onun şərəfli zühurunu tezləşdirsin və möminlərin qəlblərini şad etsin) və bütün müsəlmanlara, xüsusən əziz Peyğəmbərimizin (sallallahu əleyhi və alih) və onun sevimli Əhli-Beytinin (əleyhimussəlam) göstərişləri əsasında İslamı öz yaşayışlarında uca və şərəfli tutan mömin bacı və qardaşlara ürəkdən təbrik deyirik.

Məbəs gününün müstəhəb əməlləri:

1-Qüsl etmək;

2-Oruc tutmaq;

3-Peyğəmbər və Ali Peyğəmbərin haqqında salavat demək (Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd);

4-Əmirəl-möminin həzrət Əli əleyhissəlamı ziyarət etmək;

5-On iki rəkətli xüsusi namazı oxumaq: hər rəkətdə Fatihə və Yasin surəsini oxusun və namazdan sonra dörd dəfə Fatihə surəsini oxusun və sonra dörd dəfə desin:

"لا اله الا الله والله اکبر والحمد لله وسبحان الله ولا حول ولا قوه الا بالله العلی العظیم"

“Lə İlahə illəllahu vəllahu əkbəru vəl-həmdu lillahi və subhanəllahi və lə həvlə və lə quvvətə illə billəhi əl-Əliyyil Əzim.”

Daha sonra desin:

"الله ربی لا اشرک به شیئا"

“Allahu Rabbi lə əşruku bihi şəy`ən.”

اللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّد وآلِ مُحَمَّد وَعَجِّلْ فَرَجَهُمْ

İltimas dua!


Etiketlər :

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı