Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü
18 April 2025
16:58
۵۵۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1442-ci il şəban ayının 3-ü, miladi 2021-ci il mart ayının 17-i imamət və vilayət səmasının üçüncü parlaq ulduzu Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi həzrət Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür. Bu fərəhli və şad gün münasibəti ilə ilk olaraq həzrət Hüccət ibn Həsən imam Zaman əleyhiməssəlama, sonra bütün Əhli-beyt əleyhimussəlam sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və məhəbbətlə dolu sevinclərimizi çatdırıram.
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamlarından:
» عَمِیَتْ عَیْنٌ لاَ تَرَاکَ عَلَیْهَا رَقِیباً«
(“Ya Rəbbim!) Sənin qayğıkeşliyini və hüzurunu duymayan və görməyən göz, kordur.”[1]