Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
16 April 2025
15:41
۴۹۵
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1442-cı il
zil-qəədə ayının sonu, miladi tarixi 2021-ci il iyulun 11-i imamət və vilayət
səmasının doqquzuncu ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət
günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt
əleyhimussəlama və Ağamız həzrət Vəliyyi-Əsr imam Sahib əz-Zaman əleyhissəlama,
sonra bütün dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin və dindar
təbəqəsinə təsəlli və başsağlığı deyirik!
تَوَسَّد الصَّبْرَ، وَ اعْتَنِقِ الْفَقْرَ، وَ
ارْفَضِ الشَّهَواتِ، وَ خالِفِ الْهَوی، وَ اعْلَمْ أنَّکَ لَنْ تَخْلُو مِنْ
عَیْنِ اللهِ، فَانْظُرْ کَیْفَ تَکُونُ
Həzrət imam Cavad
əleyhissəlam buyurur:
Yaşayışda səbirli ol və ona söykən, fəqir və kasıb olmaqdan qorxma, nəfsi
istəklərdən uzaq ol və onlarla müxalifət et. Bil ki, heç zaman Allah-taalanın
nəzərindən gizli və məxfi qalmayacaqsan, ona görə də hansı halda olmağın barədə
diqqətli ol.
Mənbə: Biharul-ənvar, cild-75, səh. 358, hədis-1