Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

27 December 2024

10:43

۵۸۰

Xəbərin xülasəsi :
Hicri 1442-ci il zil-hiccə ayının 7-si, miladi 2021-ci il iyul ayının 18-i imamət və vilayət səmasının 5-ci parlaq ulduzu həzrət imam Muhəmməd-Baqir əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

Hicri 1442-ci il zil-hiccə ayının 7-si, miladi 2021-ci il iyul ayının 18-i imamət və vilayət səmasının 5-ci parlaq ulduzu həzrət imam Muhəmməd-Baqir əleyhissəlamın şəhadət günüdür. Həzrət imam Baqir əleyhissəlam hicri 57-ci il, rəcəb ayının 1-i cümə günü (bəzi nəqillərə əsasən, səfər ayının 3-ü) müqəddəs Mədinə şəhərində anadan olmuşdur. Üç yaş yarımı olduqda cəddi imam Huseyn əleyhissəlam ilə birgə Kərbəla hadisəsinin şahidi olmuşdur. O həzrət əziz atası imam Səccad əleyhissəlamdan sonra təqribən on doqquz il şiələrə imamət və rəhbərlik etmişdir. Nəhayət, hicri 114-cü il zil-hiccə ayının 7-si 57 yaşında şəhadətə yetmişdir.(1)

Bu böyük əza və müsibət günü münasibətilə öncə ağamız həzrət imam Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün müsəlmanlara, xüsusən Əhli-Beyt əleyhimussəlamın ardıcıllarına təsəlli və başsağlığı deyir, mömin bacı-qardaşlara bu matəm gününü layiqincə qeyd etməyi diləyirik.

Həzrət imam Baqir əleyhissəlam buyurur:

لا يَنقَطِعُ المَزِيدُ مِنَ اللّه ِ حتّى يَنقَطِعَ الشُّكرُ مِنَ العِبادِ

“Allah-taalanın bəndələrinə nemətlərinin arası kəsilməz, ta ki, bəndələrin İlahi nemətlər üçün şükr etməkləri kəsilsin.”(2)

Mənbə: 

1-Biharul-ənvar, cild-46, səh. 212, hədis-1; səh. 217, hədis-19

2- Biharul-ənvar, cild-68, səh. 54










Etiketlər :

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti